Yuxarı

Rəbiyyət Aslanova təkzib etdi: Polisə şikayət etməmişəm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəbiyyət Aslanova təkzib etdi: Polisə şikayət etməmişəm

16:47

Haqqımda yazılanlar yanlış, təhrif olunmuş məlumatlardır. Mənim polis idarəsinə heç bir müraciətim olmayıb. Bunun da haradan qaynaqlandığını bilmirəm. Birmənalı olaraq söyləmək istəyirəm ki, belə bir müraciət yoxdur.

Bu sözləri Axar.az-a keçmiş millət vəkili, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova qeyd edib ki, universitetdə baş verdiyi deyilən hadisə ilə əlaqədar mətbuat xidməti də məlumat verəcək:

“Tamilla Çələbiyevanın açıqlaması ilə əlaqədar bildirmək istəyirəm ki, onun iddia etdiyi kimi kafedramızın laborantı haqqında sənəd nə universitet rəhbərliyinə, nə dekanlığa, nə də kafedraya daxil olub. Universitetə belə bir sənəd daxil olmuş olsaydı, rəhbərlik onu fakültə dekanına, dekan isə mənə göndərməli idi. Belə bir şikayət məktubu olmadığı üçün bu haqda danışmaq da yersizdir”.

BDU mətbuat xidmətindən Axar.az-a bildirilib ki, sözügedən məsələyə dair universitetə heç bir rəsmi müraciət daxil olmayıb: "Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edildiyi təqdirdə cari ilin 13 dekabr tarixində baş verdiyi bildirilən məsələ müvafiq qaydada hüquqi müstəvidə araşdırılacaqdır".

Qeyd edək ki, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovanın universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət etdiyi barədə məlumat yayılmışdı. İddia edilirdi ki, universitet rəhbərliyinə müraciət etmək istəyən bir tələbənin valideynləri ilə görüşən hüquqşünasla R.Aslanova arasında narazılıq yaranıb.

Tarix
2018.12.26 / 18:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı

“Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur...

Ceyhun Bayramov İtaliya səfərinin əhəmiyyətindən yazdı

Xəzər dənizinin geri çəkilməsi 250 il davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla