Yuxarı

Kreml Paşinyandan bu 5 suala cavab istəyir - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Paşinyan hökumətinin parçalanması üçün müəyyən fəaliyyət sahəsinin olduğu məlumdur. Bu fəaliyyətinin sərhədlərinin haradan başlayıb, harada bitdiyi haqqında hər hansı bir fikir irəli sürmək isə doğru olmazdı. Bunu əsasən Paşinyan hökumətinin bundan sonra Rusiya ilə münasibətlərinin korreksiyası göstərə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, hələlik hər iki tərəf münasibətlərin yenidən formalaşması üçün müzakirələrə davam edir:

“Ermənistan müstəqilliyini elan etdikdən sonra ötən ilin may ayına qədər olan dövrdə həmişə Rusiyanın bölgədəki və ölkəsindəki maraqlarını zədələməməyə çalışıb. Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda yerləşməsini, daha sonra bu hərbi bazanın ölkədə qalma müddətinin uzadılmasını, Rusiya ilə birlikdə hava hücumundan müdafiə qüvvələrinin yaradılmasını, iqtisadi-siyasi münasibətlərin inkişaf etdirilməsini buna nümunə olaraq göstərmək mümkündür”.

Politoloq qeyd edib ki, tərəflər arasındakı münasibətlər heç də həmişə normal axarda davam etməyib:

“Xüsusilə 102-ci hərbi bazanın əsgərlərinin Gümrü və başqa şəhərlərdə törətdikləri qətllər və yaxud digər hadisələr zaman-zaman ictimai rəydə Rusiyaya qarşı reaksiyalar doğurub, amma heç bir zaman qırılma nöqtəsi olmayıb. İki ölkə arasındakı ənənəvi münasibətlərin korlanması Nikol Paşinyanın ötən ilin aprel-may ayında Ermənistanda yaşanan hadisələr nəticəsində baş nazir postuna təyin edilməsindən sonrakı dövrə təsadüf edir. Paşinyanın 8 ayda 6 dəfə Rusiyaya səfər etməsi münasibətlərin yaxşı olmasından qaynaqlanmır. Əksinə, bu, problemli olan münasibətlərə aydınlıq gətirmək üçün edilən səfərlərdir”.

Politoloq vurğulayıb ki, Rusiya Paşinyanın məxməri inqilab nəticəsində Ermənistanın daxili işlərinə əsasən müdaxilə etmədi, ya da bizim bilmədiyimiz şəkildə müdaxilə etsə də, istədiyi nəticəni ala bilmədi:

“Bu gün Ermənistan üçün ən önəmli problematik məsələlər bunlardır:

1) Rusiya Paşinyan hökumətinin xarici və hərbi təhlükəsizlik siyasətinin hansı məcrada formalaşacağına aydınlıq gətirmək istəyir;

2) Hazırkı Paşinyan hökuməti nə qədər sağlamdır, hökumətdə nə qədər Rusiyanın “adamı” var?

3) Paşinyan 30 illik sümükləşmiş problemləri həll edə biləcəkmi?

4) Qərb dünyası daxili, xarici və iqtisadi islahatlar məsələsində İrəvanı nə qədər dəstəkləyəcək?

5) Qərb dünyasından Ermənistana sabit maliyyə axını olacaqmı, yoxsa bu yardımlar epizodik xarakterdə olacaq və s...

Ümumi mənzərə odur ki, heç Paşinyan hökuməti də yuxarıda qeyd edilən sualların cavabını bilmir. Hökumətin sabit fəaliyyət proqramı da yoxdur. 2019-cu ildə - yeni hökumətin formalaşması ilə bu suallara aydınlıq gələcək”.

Tarix
2019.01.02 / 10:00
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Azərbaycan XİN ABŞ-a başsağlığı verdi

Ərdoğan onu Azərbaycana səfir göndərdi - Rəsmi

Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan

Ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi

Azərbaycanda general işdən çıxarıldı

Şahbaz Şərif Bakıya gəlir: Sazişlər olacaq

Tehran Bakı ilə razılaşıb, İrəvanı satacaq? - Manqasaryan

Vahid Ələkbərovun oğluna da sanksiya tətbiq edildi

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Məşhur polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla