Yuxarı

Zelenski Azərbaycana təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Ukraynanı dəstəkləyən ölkələrə təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

Ukrayna Prezidenti Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa İttifaqı, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, ABŞ və Vyetnama minnətdarlığını bildirib.

"Ukraynanı qlobal diqqət mərkəzində saxladığınız üçün sizə minnətdaram. Hər bir dəstək jesti önəmlidir. Ölkəmizin müstəqilliyinin bərpasının 35-ci ildönümündə Ukraynanı və ukraynalıları düşündüyünüzü yüksək qiymətləndiririk", - deyə Zelenski yazıb.

Xatırladaq ki, Ukrayna 24 avqustda müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edib. Bu münasibətlə Bakıda Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərində işıqlandırılıb.

Tarix
2026.08.27 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla