Yuxarı

“Müsəlman legionu”nun yaradıcısı: “Bakıya gəlməyəcəyik” - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xaricilərdən ibarət legionun yaradılması məsələsi bütün dünyada olan ən fərqli məsələlərin həlli üçün planlaşdırılıb".

Bu sözləri Axar.az-a açıqlamasında bir müddət öncə Rusiya Dumasında xarici legionun yaradılması ilə bağlı təkliflə çıxış edən Liberal Demokrat Partiyasının deputatı Roman Xudyakov deyib.

O, qrupun əsasən İŞİD-ə qarşı fəaliyyət göstərəcəyini bildirib:

"Bu qrup dünyadakı mühüm problemlərlə yanaşı "İslam Dövləti"nə qarşı da mövqe ala bilər. O isə xüsusilə "İslam Dövləti"nin genişlənməsi mümkün olduğu zaman hərəkətə keçəcək. Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan) üçün xüsusi legionun yaradılması hələlik nəzərdə tutulmur".

Qeyd edək ki, bir müddət öncə Jirinovskinin Liberal Demokrat Partiyasının Dnesteryanıdan olan deputatı Roman Xudyakov Rusiya Silahlı Qüvvələrinin tərkibində "müsəlman legionu"nun formalaşması ilə bağlı Dumada təkliflə çıxış edib. Xudyakov bu təklifin Fransanın Müdafiə Nazirliyinin formalaşdırdığı bənzər sistemə uyğun formada həyata keçirilməsinin daha doğru olacağını bildirib. Deputatlar RF Müdafiə Naziriliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da bənzər təkliflə müraciət ediblər. Liberal demokratlar bununla xarici vətəndaşlardan ibarət qrupun Orta Asiyada sabitliyin təminatçısı olacağı və bunun da Rusiyanı radikal islamçı qruplaşmalardan qorumağa imkan verəcəyini deyiblər. Əsasını Özbəkistan və Tacikistan vətəndaşlarının təşkil etdiyi legionda qulluq edəcək əcnəbilərlə müqavilə bağlayacaqlar. Bu müqavilə müqabilində xarici vətəndaşlara müəyyən məbləğdə pul ödəniləcək. Onlar 6 il hərbi xidmətdən sonra isə Rusiya vətəndaşlığı ala biləcəklər.

Tarix
2014.11.12 / 10:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla