Yuxarı

Mustafa Şəntop Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafa Şəntop Bakıda - Foto

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Azərbaycan Respublikasına səfərə gəlib.

Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şəntopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Jurnalistlərə müsahibəsində Mustafa Şəntop qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyini qeyd edən parlament sədri deyib: “Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə sürətlə genişlənir. İki ölkə həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz, o cümlədən parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanıram”.

Tarix
2019.03.06 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla