Yuxarı

İtaliya portalı Qrimoldinin Bakı səfərindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya portalı Qrimoldinin Bakı səfərindən yazdı

İtaliyanın nüfuzlu “Agenzia Nova” portalında ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldinin Azərbaycana səfəri zamanı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşünə dair məqalə yerləşdirilib.

Axar.az xəbər verir ki, “Bakıda İtaliyanın və Azərbaycanın nümayəndə heyətləri arasında görüş” sərlövhəli məqalədə nümayəndə heyətləri sədrlərinin müxtəlif məsələləri, o cümlədən ATƏT PA çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, Bahar Muradova İtaliyanın ATƏT PA-ya sədrliyi dövründə görülən işlərdən danışıb. O, hazırkı dövrdə iqtisadiyyat, hərbi-siyasi, insan hüquqları baxımından mövcud çağırışları qeyd edərək ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin yalnız birgə səylər sayəsində aradan qaldırıla biləcəyini vurğulayıb.

Müəllif diqqətə çatdırıb ki, söhbət zamanı Paolo Qrimoldi Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu bildirib. Azərbaycan-İtaliya münasibətlərinə də toxunan P.Qrimoldinin ikitərəfli ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulaması yazıda xüsusi qeyd edilib. Məqalədə İtaliya nümayəndə heyəti rəhbərinin ATƏT-in ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün gözəl qurum olduğunu diqqətə çatdırdığı vurğulanıb.

Tarix
2019.03.08 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla