Yuxarı

Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - Fotofakt

Ermənistanın Qərbin dəstəyi ilə işğal olunmuş Qarabağ ərazisinin cənub hissəsində - İranla sərhədə yeni qüvvələr yaratmaq planı üzə çıxıb.

Axar.az xəbər verir ki, son zamanlar Ermənistanın yeni hakimiyyəti xaricdən maliyyələşən “AGBU Skaut” QHT-nın təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə Suriya, Livan və İraqdan olan gənc erməniləri gətirərək məskunlaşmaq üçün şərait yaradır.

Xaricdən gətirilən erməni “boy skautlar” ilk olaraq hərbi təyinatlı VoMA QHT-nin Ermənistanda yerləşən təlim mərkəzlərində nəzəri atıcılıq və maskalanma kursları keçirlər.

Nəzəri təlimləri keçən “boy skautlar” daha sonra “AGBU Skaut”un vasitəçiliyi ilə işğal olunmuş Azərbaycan ərazilərinə aparılaraq, VoMA-nın Kəlbəcər və Laçın rayonlarında yerləşən təlim mərkəzində dağçılıq və praktiki snayper kurslarına cəlb olunurlar.

Məlumata görə, xaricdən gətirilən “boy skautlar” Qərbdə yaşayan ermənilərin dəstəyi ilə işğal olunmuş ərazilərin cənub hissəsinə, xüsusən Xocavənd və Cəbrayıl rayonlarının İranla sərhəd olan boş ərazilərində Araz çayı boyunca müvəqqəti tikilən evlərdə məskunlaşmaq adı ilə yerləşdirilir.

Son günlərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın sırf İranla sərhəd əraziyə baxış keçirməsi, gələcəkdə orada yeni yaşayış kompleksləri və hərbi qulluqçular üçün xidmət yerlərinin inşa edilməsi Ermənistanın yeni hakimiyyətinin üçüncü bilinməyən qüvvə vasitəsi ilə işğal olunmuş ərazilərin cənub hissəsinə nəzarət etmək istəyini bir daha sübut edir.

İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətində olmaması və ermənilərin bundan istifadə edərək həmin ərazilərdə sözügedən prosesləri aktiv həyata keçirməsi gələcəkdə bölgədə yeni gərginliyin yaranması üçün zəmin yaradır.

Qeyd edək ki, VoMA təşkilatında kurs keçmiş snayperlər 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak etmişdilər. Onlardan Talış kəndi istiqamətində gedən döyüşlərdə snayper kimi döyüşən Nurida Qabrielyanın adını çəkmək olar.

Tarix
2019.03.12 / 13:29
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla