Yuxarı

Nikol TŞ iclasını Xankəndidə keçirməklə, “danışıq kartı” alır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol TŞ iclasını Xankəndidə keçirməklə, “danışıq kartı” alır

Məğlub Paşinyan bununla özünə bəraət qazanmaq istəyir.

Bu sözləri Axar.az-a Ermənistanın Təhlükəsizlik Şurasının iclasının ilk dəfə olaraq Xankəndidə keçirilməsinə aydınlıq gətirən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat bildirib ki, separatçıları danışıqlar masasına qaytarmaq siyasəti iflasa uğrayan Paşinyan çarəsizlikdən belə bir addım atıb:

“Paşinyan hər yerdə durmadan zarıyırdı ki, Dağlıq Qarabağı danışıqlar masasına qaytaracaq. Ancaq Nikol bugünlərdə yerində otuzduruldu və onun danışıqlar formatını dəyişdirmək cəhdi iflasa uğradı. Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı danışıqlar Azərbaycanla Ermənistan arasında aparılacaq. İndi Paşinyanın hünəri varsa, bunu pozsun. Çox aciz bir durumda qalan Paşinyan separatçıları masa arxasına qaytarmağın mümkünsüzlüyünü anladığından çıxış yolunu Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirilməkdə görüb. Görünür, o, məğlubiyyəti heç cür həzm edə bilmir, ona görə də belə bir addım atmaqla özünə bəraət qazanmağa və guya danışıqları hələlik Qarabağ ermənilərinin adından aparmağa dair icazə aldığını nümayiş etdirməyə çalışır”.

Qeyd edək ki, ilk dəfə olaraq Ermənistan Təhlükəsizlik Şurasının iclası bu gün Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçiriləcək.

Tarix
2019.03.12 / 18:17
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla