Yuxarı

"Qarabağ" o qədər də möhtəşəm deyil - Georgiyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" o qədər də möhtəşəm deyil - Georgiyev

MOİK-in Azərbaycandakı oyunu məni yaxşı mənada təəccübləndirdi. Komanda yaxşı oynadı. Bundan əvvəl "Derri Siti" ilə oyun barədə şərh verməyin mənası yox idi. Çünki səma altında cəhənnəm idi.

Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstan futbolunun tanınmış simalarından olan Georgi Georgiyev deyib.

O bildirib ki, "Qarabağ" deyildiyi qədər qorxulu komanda deyil və MOİK rəqibini keçə bilər:

"İndi daha çətin hissə - Sofiyadakı cavab oyunu qabaqdadır. Məncə, eyni şəkildə, hətta bir az daha aqressiv oynamalıyıq. Çünki "Qarabağ"ın o qədər də möhtəşəm olmadığı aydın oldu. Onlar mediada inanılmaz dərəcədə qorxulu rəqib kimi təbliğ olunurdu. Amma qorxulu bir şey görmədim. "Qarabağ"ın üç-dörd yaxşı oyunçusunu gördüm. Ümumilikdə, matç bərabər keçdi, bəzən hətta MOİK də üstünlük qazandı. Cavab oyununda qalib gəlməliyik ki, bu da uzun bir payız üçün perspektiv açacaq".

G.Georgiyev Sofiya təmsilçisinin mərhələ keçmək şansını də dəyərləndirib:

"MOİK Azərbaycanda yaxşı oyun keçirib və Avropa Liqasının üçüncü mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansı var. İndi ən vacib şey budur. Sakitlik, döyüş ruhu, özünəinam – bu, əvvəlki matçlarda yox idi.

Cavab oyununa eyni şəkildə yanaşmaq lazımdır. “Qarabağ” təzyiq altında olduqda çox səhv etdiklərini göstərdi. Komandamız tamaşaçılardan böyük dəstək alacaqlar. Ümid edirəm ki, qalib gələrlər".

Qeyd edək ki, MOİK - “Qarabağ” matçı iyulun 30-da Sofiyada keçiriləcək. Komandaların Bakıdakı ilk görüşündə qolsuz heç-heçə olub.

Tarix
2026.07.27 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla