Yuxarı

Nazarbayev getdi: Bakı-Astana münasibəti isə... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayev getdi: Bakı-Astana münasibəti isə... – Şərh

Nazarbayev nə qədər ki, Təhlükəsizlik Şurasının sədridir, yeni prezidentin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xarici siyasəti mövcud reallıqlara uyğun idi:

"Qazaxıstan Nazarbayevin prezident kürsüsündə oturduğu 28 ildə zorən Rusiyanın strateji müttəfiqi olarkən bir çox istiqamətlərdə fəal siyasət yürüdür, Çin, ABŞ və Avropa ilə də sıx əlaqələr qururdu. Nazarbayev son illər milli siyasətə də önəm verir, latın qrafikasına keçidi təmin edir, türkçülük ideologiyasının inkişafına, ölkə tarixinin öyrənilməsinə diqqət yetirirdi".

Politoloq qeyd edib ki, bu illərdə Qazaxıstanla Azərbaycan arasında da sıx əlaqələr formalaşıb, regional layihələrdə ortaqlıq mövcuddur:

"Nursultan Nazarbayev bir neçə dəfə Azərbaycana səfər edib, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünə real dəstək verir, İrəvanın timsalında Qarabağ separatçılarının Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi fəallıqla bağlı təxribatlarının qarşısını alırdı. Nazarbayev yaşına və ağlına görə türk dünyasının ağsaqqalı sayılır. Nazarbayevin yerinə prezident kürsüsünə kim gələcəksə, onun da Azərbaycanla sıx əməkdaşlığını arzulayırıq. Əsas odur ki, Astananın Cənubi Qafqaz siyasətində ciddi korrektə olmasın, Nazarbayevin siyasəti davam etsin".

Tarix
2019.03.19 / 23:58
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla