Yuxarı

Rusiya Əliyev-Paşinyan görüşündən narahatdır? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hansısa güzəştlərə gedəcəyini heç kim deyə bilməz.

Bu sözləri Axar.az-a Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın dünənki telefon danışığının əsas mövzusunun Paşinyanla Əliyev arasında baş tutacaq görüş olması barədə məlumata münasibət bildirən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, əsas məsələ danışıqlar prosesində, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən siyasi formatda aydınlıq, şəffaflığın olmasıdır:

“Münaqişə tərəfləri özlərinin konkret təklifləri ilə məsələyə yaxınlaşmalıdır. Azərbaycan-Rusiya, Ermənistan-Rusiya, Azərbaycan-Ermənistan münasibətlərində müxtəlif dəyişikliklər, transformasiyalar ola bilər. Amma münaqişəyə qatılmış tərəflərin məsələyə yanaşmasının çevikliyi, yumşaqlığı və ehtimal olunan güzəştləri qəbul etmələri əsas müzakirə mövzusudur. Bu baxımdan Azərbaycanın mövqeyi burada daha aydın və qətiyyətlidir. Çünki Azərbaycan hər zaman münaqişə ilə bağlı öz sözünü deyib. Ümumiyyətlə, danışıqlar çərçivəsində radikal girişlərdən istifadə etmək əbəsdir. Belə bir hal baş versə, bölgədə böyük problemlər yaşanar. Ermənistan həqiqətən çox böyük bəlalarla üz-üzə qalar”.

Politoloq vurğulayıb ki, bu gün Azərbaycan çox ehtiyatlı siyasi kurs aparır:

“Birincisi, Azərbaycan Ermənistanı strateji baxımdan bir neçə dəfə üstələyir, imkanları genişdir, inkişaf edən ölkədir. Ona görə də burada Ermənistanın marağında olan məsələ odur ki, məsələ güc vasitəsi ilə həllini tapmasın. Azərbaycan qüdrətli tərəf kimi burada maksimum təmkin göstərir, Ermənistana möhlət verir ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Rusiya bunu yaxşı başa düşür”.

Politoloqun sözlərinə görə, Rusiya həm Minsk Qrupunun həmsədri, həm də qonşu dövlət kimi bu prosesin dinc yolla nizamlanmasında maraqlıdır:

“Çünki heç bir dövlət istəməz ki, onun sərhədləri yaxınlığında münaqişəli vəziyyətlər yaransın, eləcə də bölgəyə yaxınlığı olmayan ölkələr burada söz sahibi olsun. Bu baxımdan da Rusiya diplomatiyası son zamanlar çox ehtiyatlı xətt yeridir. Onun üçün Azərbaycanın mövqeyi tam aydındır. Burada çatışmayan cəhət Ermənistanın məsələyə yanaşması və mövqeyidir. Ona görə də hesab edirəm ki, yürüdülən bu xətt gərək son sözünü desin”.

Qeyd edək ki, dünən Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Məlumata görə, telefon danışığının əsas mövzusu Paşinyanla Əliyev arasında baş tutacaq görüş olub.

Tarix
2019.03.20 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla