Yuxarı

Tokayev prezidentdir, yoxsa əvəzedici? – Hüquqşünas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev prezidentdir, yoxsa əvəzedici? – Hüquqşünas

Qasım-Jomart Tokayev Qazaxıstanın hüquqi prezidenti sayıla bilər.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib. Professor bildirib ki, Qazaxıstan Konstitusiyasının 48-ci maddəsinə görə, prezident istefaya gedərsə, onda ölkə prezidentinin səlahiyyətlərinin icrası Senatın sədrinə keçir:

“Əgər prezident istefaya getdikdə onun yerinə Senatın sədri gələ bilmirsə, o zaman Məclisin sədri prezident mövqeyinə keçir. Bildiyiniz kimi, Qazaxıstanda qanunverici hakimiyyət Senatdan (Yuxarı Palata) və Məclisdən (Aşağı Palata) ibarət ikipalatalı parlamentdir. Hər iki halda prezident səlahiyyətlərini icraçısı əvəzedici statusa deyil, tam səlahiyyətlərə malik olur”.

F.Mehdiyev qeyd edib ki, Qazaxıstan Konstitusiyasına görə, bu zaman yeni seçkilər təyin olunmur:

“Normalda bu ölkədə prezidentin vəzifə müddəti 5 ildir. Tokayevin özündən əvvəlki prezidentin müddətini tamamlayacağına, yoxsa, bu vəzifəni yenidən icra edəcəyinə gəlincə, bunu zaman göstərəcək. Mümkündür ki, o, "yenidən icraya" başlasın. Bu o deməkdir ki, Tokayev bundan sonra 5 il müddətinə Qazaxıstan prezidenti olacaq. Əks halda isə 2020-ci ildə nəzərdə tutulan seçkilər keçiriləcək. Beləliklə, Konstitusiyanın 48-ci maddəsi ilə Tokayev prezident səlahiyyətinə başladığı andan o, Senatın sədri və deputat statusunu itirmiş olur. Buna görə də bu gün Senat yeni sədr seçdi".

Professor hesab edir ki, əslində prezident istefa verdikdə ilk fürsətdə prezident seçkiləri keçirilməlidir:

“Bunun çox bəsit bir səbəbi var. Çünki Qazaxıstanda prezident seçkiləri ilə deputat seçkiləri fərqlidir. Konstitusiyaya görə, Qazaxıstanda prezident ümumxalq səsverməsi ilə seçilir. Halbuki Senatın üzvləri birbaşa seçki ilə deyil, dolayı yolla seçilirlər”.

Politoloq bütün hallarda Nursultan Nazarbayevin hakimiyyətdə əsas fiqur kimi qalacağını deyib:

“Nazarbayev Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyətini davam etdirəcək. Təhlükəsizlik Şurası isə Qazaxıstanda icra, qanunverici, ümumiyyətlə, bütün hakimiyyətlədən daha üstün bir qurumdur”.

Qeyd edək ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev gözlənilmədən istefa verib. Seçkilərə qədər Senat sədri Tokayev prezidentin səlahiyyətlərini icra edəcək.

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva isə ölkə Senatının sədri seçilib.

Tarix
2019.03.21 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla