Yuxarı

Qaraçuxur məscidini yandıran təşkilat Feysbukda - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaraçuxur məscidini yandırmağa cəhd edənlər barəsində yeni detallar üzə çıxıb.

Axar.az PKK-nın Azərbaycandakı "Yekbun" təşkilatının rəsmi Feysbuk səhifəsini əldə edib. Bu səhifənin admini Elnur Ələkbərov adlı PKK simpatizanıdır. Səhifədə məscidi yandırmaqda şübhəli bilinərək həbs edilən "Yekbun"un həmsədri Namiq Nəsibovla Elnur Ələkbərovun bir toplantıdan şəkili yerləşirilib. Həmçinin, E.Ələkbərovun öz səhifəsində də fotolar yayımlanıb.

Onların yazılarının leytmotivi İŞİD-ə qarşı döyüşən PKK-nın Suriyadakı YPG qanadına dəstək ifadə etmək və Kürdüstanın hüdudlarının genişləndirilməsini arzulamaqdır.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.

Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən "Smit-Vesson" markalı revolver aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.

Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıblar və ətraflarına tərəfdarlar toplamağa başlayıblar.

Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər. Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. N.Nəsibov Suriyada könüllü həkim kimi fəaliyyət göstərib.

Tarix
2014.12.01 / 19:48
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla