Yuxarı

"Putin-Ərdoğan münasibətləri Bakının roluna təsir edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Azərbaycanın xeyrinədir".

Axar.az xəbər verir ki, bunu Feysbuk səhifəsində Rasim Musabəyov bildirib.

Türkiyə-Rusiya prezidentlərinin görüşündə yalnız 100 milyard dollarlıq iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edilmədiyini bildirən politoloq, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdə Rusiya və Türkiyənin mövqelərinin müzakirə edildiyini qeyd edib.

Rasim Musabəyov Rusiya-Türkiyə münasibətlərinin Ermənistana təsirinin olmayacağını deyib:

"Ankarada keçirilən görüşdən Azərbaycan, Türkiyə və Rusiya qazanclı çıxacaq. Bunun Ermənistana hər hansı bir təsirinin olacağını demək çətindir, hərçənd Rusiyanın vassalıdır amma ənənəvi olaraq Türkiyə ilə düşmənçilik edir. Sərhədlər Azərbaycan ərazilərinin işğalına görə bağlı olaraq qalır. Gürcüstan isə Türkiyə ilə üstün münasibətlərə malikdir amma Rusiya ilə Abxaziya arasında hərbi razılaşma münasibətləri daha da kəskinləşdirib".

Rasim Musabəyov Rusiya-Türkiyə münasibətlərinin regionda həyata keçirilən layihələrinin təhlükəsizliyi baxımından önəmli olduğunu vurğulayıb.

Bakının əhəmiyyətli maliyyə resurslarına malik olduğunu qeyd edən politoloq regionda layihələrin reallaşdırılması istiqamətində Türkiyə və Rusiyanın partnyor kimi çıxış edə biləcəyini bildirib.

Tarix
2014.12.01 / 20:32
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla