Yuxarı

Putinin həbs etdirdiyi azərbaycanlı deputatdan xəbər var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin həbs etdirdiyi azərbaycanlı deputatdan xəbər var

Akif Sayadovun deputat statusu əlindən alınmayıb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Komi Dövlət Şurasının sədri İqor Kovzel çıxış edib.

O, Sayadovla bağlı istintaqın hələ başa çatmadığını, buna görə də onlara deputatın statusunun əlindən alınmasıyla bağlı heç bir məlumatın gəlmədiyini deyib.

Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb. O, həmçinin Azərbaycana səfərləri üçün qeyri-qanuni olaraq 1,2 milyon rubl, həmçinin müxtəlif şirkətlərlə "Uxtaneftqazgeologiya"nın bağladığı müqavilələri yerinə yetirməməsinə görə 42 milyon rublu mənimsəməkdə ittiham edilir.

Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya" ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə "Uxtaneftqazgeologiya" ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Tarix
2014.12.02 / 12:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla