Yuxarı

10 milyonuncu sakinimiz İsveçrə mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 milyonuncu sakinimiz İsveçrə mediasında

İsveçrənin “www.zeitung.ch” portalında “Azərbaycan sakinlərinin sayı 10 milyon nəfərə çatıb” sərlövhəli məqalə verilib.

Axar.az xəbər verir ki, məqalədə bu il aprelin 6-da dünyaya göz açan körpə ilə Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatdığı qeyd edilib. Məqalədə, həmçinin son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salınıb.

Qeyd edilib ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1,807 milyon nəfər, Birinci Dünya müharibəsindən əvvəl isə (1913-cü il) 2,339 milyon nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1,952 milyon nəfərə düşüb. Məqalədə, həmçinin 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının Azərbaycana deportasiyası, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, həmçinin 1988-ci ildə bu ölkədəki azərbaycanlıların son nəfərədək qaçqına çevriləməsi nəticəsində Azərbaycanda demokrafik mənzərənin dəyişdiyi diqqətə çatdırılıb.

Xüsusilə qeyd edilir ki, 1999-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın qəbulu ölkədə əhalinin artımına müsbət təsir göstərib. Bu addımlar nəticəsində ölkə əhalisinin sayı 2003-2018-ci illər ərzində 1,8 milyon nəfər artıb.

Sonda qeyd edilir ki, Azərbaycan əhalisinin sayının sürətli artımı hökumətin düzgün demoqrafik siyasətinin və ölkənin davamlı iqtisadi inkişafının nəticəsidir. Sosial və iqtisadi sahələrdəki geniş islahatlar əhalinin maddi rifah halının yüksəldilməsinə hədəflənib və bununla da Azərbaycan BMT-nin global davamlı inkişaf konsepsiyasına öz töhfəsini verir.

Tarix
2019.04.15 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla