Yuxarı

Qaz limiti ləğv edilər bilər – İqtisadçı təhlili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var. Əvvəla onu deyim ki, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov son günlər mavi qaza tətbiq edilən limitinin ləğvi ilə bağlı danışarkən deyib.

V.Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi qaza tətbiq edilən limitin ləğvi məsələsini araşdırıb:

“Ellektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil edirik. Qeyd edək ki, Tarif Şurasının 28 noyabr 2016-cı il 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3-dək (1500 m3 daxil) olan hissəsi üçün hər kub metri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. 2017-ci ildən etibarən isə 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır. Monitorinqlər göstərir ki, güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə aydan sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələrin büdcələri üçün əlavə xərc deməkdir. Hamını düşündürən isə odur ki, görəsən qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var. Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır”.

Ekspert bildirib ki, ötən il həm ölkəmizin, həm də Dövlət Neft Şirkətinin (SOCAR) hasil etdiyi mavi qazın həcmi artıb. Ölkəmizdə 30,490 min kub metr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur:

“2017-ci ildə Azərbaycanda 28,597 min kub metr mavı qaz hasil olunmuşdu. 2017-ci ildə 6,089 min kub metr mavi qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kub metrə çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin qaz istehsalını 6,7 faiz artırması deməkdir. “Şahdəniz”in 2-ci fazasında və eləcə də Abşeron yatağından proqnozlaşdırılan mavi qaz hasilatını da nəzərə aldıqda deyə bilərik ki, növbəti illərdə mavi qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kub metr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır”.

V.Bayramovun fikrincə, səmt qazının əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq, bu əhaliyə satılan qaz limitini aradan qaldırmağa imkan yaradır:

“Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam edir. 2018-ci ildə AÇG çərçivəsində SOCAR-a 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının da əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq, bu, əhaliyə satılan qaz limitini aradan qaldırmağa imkan yaradır.

Manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması SOCAR üçün valyuta riski problemini də aradan qaldırıb. Belə ki, Dövlət Neft Şirkəti əhaliyə satdığı qazın bir hissəsini BP-dən xarici valyuta ilə alır. 2016-cı ilin noyabrında, limitlər müəyyənləşdirilən zaman, manatın məzənnəsi stabil deyildi və bu, şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. Amma indi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır”.

İqtisadçı alim bildirib ki, Azərbaycanın qaz ixracatındakı artım tendensiyası ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır ki, bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan yaradır:

“Belə ki, ötən il Azərbaycan 7,9 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu 1,499 milyard dollar deməkdir. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub. Artım tempi bu ilin birinci rübündə də davam edib. 2019-cu ilin birinci rübündə qaz ixracı 2 milyard. 971 milyon kubmetr olub. Beləliklə, bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3,2 dəfə artım deməkdir. Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğumuz rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb”.

Tarix
2019.04.24 / 10:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh sazişi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla