Yuxarı

Bakıdakı kilsə: erməni, yoxsa rusundur? – Memar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərdə kilsənin qülləsi erməni keşişlərinin başlarına qoyduğu üçbucaqşəkilli örtük şəklindədir, qüllə “şüş” və dik deyil. Bir qədər daha yastı, daha alçaq və daha yayılmış, batıq formadadır. Yəni erməni kilsələrinin qüllələri küt şəkillidir. Bu baxımdan deyə bilərik ki, Bakıdakı Müqəddəs Qriqori kilsəsi memarlıq üslubuna görə erməni kilsəsidir.

Bu sözləri Axar.az-a Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Qarabağlı jurnalist Günay Ardanın Bakıda yerləşən Müqəddəs Qriqori kilsəsinin erməniliyə, qriqorianlığa yaxından-uzaqdan heç bir dəxli olmaması, kilsənin rus kilsəsi olması ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən deyib.

Memar qeyd edib ki, bütün kilsələr xristian xalqlarının dini məbədi olsa da, hər bir xalq onu öz üslubuna uyğun formada inşa edib. Bu üslub baxımından da o qənaətə gəlmək olur ki, Müqəddəs Qriqori kilsəsi ermənilərə məxsusdur:

“Memarlıq üslubu bir xalqın milli mədəniyyətidir. Ola bilər, hər kəs bu üslub fərqini müəyyən edə bilmir. Ancaq rus, gürcü, erməni kilsələrinin memarlıq üslubu baxımından bir-birindən müəyyən fərqləri var.

Bu üslub fərqləri həmin xalqın geyimində, papaq və ya baş örtükləri formasında, bəzi hallarda rəqsində də özünü göstərir.

Məsələn, gürcü xalqı şux qamətli xalq hesab edilir və onlar rəqslərində də dik, şux dayanırlar. Onların memarlıq üslubu da bu şəkildədir. Gürcülərin kilsəsinin qülləsi çox dik, göyə millənmiş şəkildə olur. Buna adətən şüş deyirlər.

Rus kilsələrinin qüllələrində isə daha çox qırçınlara üstünlük verilir. Dam örtüyündə, xüsusilə qüllələri şüş, dik olur, ancaq həm də qırçınlar olur. Bu da rus memarlığına xas üslubdur. Rus kilsələrində xaçın forması da fərqlidir. Ortadan gedən düz xətt bir qədər maili, çəpinə formada olur. Halbuki gürcü və erməni kilsələrində belə forma olmur”.

Erməni kilsələrinin üslubundan danışan memarın sözlərinə görə, Müqəddəs Qriqori kilsəsində rus memarlığına xas heç bir element yoxdur:

“Ermənilərdə kilsənin qülləsi erməni keşişlərinin başlarına qoyduğu üçbucaqşəkilli örtük şəklindədir. Şüş və dik deyil. Yəni küt şəkillidir qüllələri.

Müqəddəs Qriqori kilsəsinin də qüllələri bir qədər daha yastı, daha alçaq və daha yayılmış, batıq formadadır. Göyə zillənmiş dik qüllələri yoxdur. Həmçinin qüllələrdə qırçınlar da yoxdur. Bu baxımdan deyə bilərik ki, Bakıdakı Müqəddəs Qriqori kilsəsi memarlıq üslubuna görə erməni kilsəsidir”.

Qeyd edək ki, jurnalist Günay Arda bildirib ki, Bakının mərkəzində Müqəddəs Qriqori adı ilə tikilən kilsənin erməniliyə, qriqorianlığa yaxından-uzaqdan heç bir dəxli yoxdur. O bildirib ki, 1869-cu ildə eston memar Otto Gippusun rəhbərliyi altnda Bakının tən ortasında kilsənin tikintisi başa çatıb. 1888-cü ildə kilsənin zəng qülləsi tikilib:

"Çox qısa vaxtdan sonra (1903, 12 iyun) Qafqazın mülki işlər üzrə baş rəisi Q.Qolitsının vəsatəti əsasında kilsənin mülkiyyətinin Rusiyanın Torpaq və Əmlak Nazirliyinin idarəetməsinə keçməsinə dair imperator qanun imzalayıb. Bu da o demək idi ki, kilsə avtomatik ortodoks idarəetməsinə keçirdi. Çar Rusiyasında “provaslavlıq və qeyriləri” anlayışı var idi. Qısaca, Bakının mərkəzində Müqəddəs Qriqori adı ilə tikilən kilsənin erməniliyə, qriqorianlığa yaxından-uzaqdan heç bir dəxli yox idi.

Kilsənin tarixçəsi erməni xəyanətinin əbədiliyinin əyani sübutudur. Necə oldu ki, Qolistın belə bir vəsatət qaldırmağa məcbur oldu? Çünki bura heç vaxt dini məbəd kimi fəaliyyət göstərməmişdi. Ermənilər kilsəni siyasi mərkəzə çevirmişdi. Kilsədə antirus təbliğatı aparır, Daşnaksütyun ideyalarını inkişaf etdirirdilər. Çar Rusiyasına qarşı inqilabi hərəkatın formalaşması üçün burada pullar toplanırdı. Bu işi isə üzərinə götürən adam erməni katalikosu idi".

Tarix
2019.04.29 / 13:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla