Bakı metrosu 8 martda belə işləyəcək
12:53
| Ana səhifə Gündəm |
|
Beynəlxalq Mətbuat Mərkəzində "Atlas" Araşdırmalar Mərkəzi ilə RİA-Novosti agentliyinin Bakı ofisi "Türkiyə-Rusiya ittifaqı və bunun Azərbaycana mümkün təsirləri" mövzusunda mətbuat konfransı keçirib.
Axar.az-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, konfransda "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Türkiyə səfirinin siyasi məsələləri üzrə müşaviri Öncü Keçeli və canlı bağlantı ilə konfransa qoşulan rusiyalı politoloq iştirak ediblər.
Konfrans zamanı yeni yaranan Rusiya-Türkiyə ittifaqı və bunun fonunda Azərbaycanla münasibətlər və bundan sonra atılacaq addımlar müzakirə olunub.
Rusiya-Türkiyə əlaqələrinin daha çox enerji məsələsi üzərində dayandığı bildirilib.
|
Tarix
2014.12.09 / 15:25
|
Müəllif
Aygün Yusibova
|