Yuxarı

Naxçıvanda yüksək vəzifəyə təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda yüksək vəzifəyə təyinat

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

Axar.az Report-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin bu gün imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Bəxtiyar İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. B.İsmayılov müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Bəxtiyar İsmayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Tarix
2026.04.16 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla