Yuxarı

Birbank-dan lotereya: 507 qalib pul mükafatı qazanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbank-dan lotereya: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün “Yığ və qazan” lotereyasına start verir.

8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyən ediləcək. Qaliblər 20 000, 10 000 AZN, 5000 AZN məbləğlərində pul mükafatları qazanacaq. Lotereyanın baş mükafatı isə 50 000 AZN təyin edilib.

Lotereyada həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində “Bizdən sizə” → “Lotereya” bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.

“Yığ və qazan” lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır.

Lotereyanın ilk tirajı 25 noyabr 2026-cı il, ikinci tirajı 24 dekabr 2026-cı il, final tirajı isə 21 yanvar 2027-ci il tarixində keçiriləcək. 50 000 AZN məbləğində baş mükafat final tirajda sahibini tapacaq.

Ətraflı məlumat üçün: http://www.b-b.az/bylp

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.10.19 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla