Yuxarı

MTK rəhbəri də öldü, payçıların ümidləri də - Şikayət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTK rəhbəri də öldü, payçıların ümidləri də - Şikayət

Bakıda "Olimpus-az" şirkəti 2007-ci ildən payçıları evsiz qoyub.

Axar.az-a müraciət edən bir qrup sakin yazır ki, Yasamal rayonu Talıblı küçəsi 4 saylı ünvanda çoxmərtəbəli binalar tikmək üçün iş başlayıb və tikiləcək mənzillər vətəndaşlara satılıb. Lakin 2008-ci ilin fevralından bu yana binada tikinti işləri 4-cü mərtəbədən sonra dayanıb. Müxtəlif vaxtlarda şirkətin rəhbəri Rauf Qurbanov bunu maliyyə problemləri ilə izah edərək günü-günə, ili-ilə satıb.

Onlar arasında 20-80 min manatadək pul verən payçılar da var. Sakinlər qeyd edirlər ki, aldadıldıqlarını anlayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Beləliklə, Rauf Qurbanov və onun şəriki Vüsal Rəhimov dələduzluqda ittiham olunaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə həbs olunublar.

Rauf Qurbanov 11 il həbs alıb, Vüsal Rəhimov barəsində çıxarılan hökm isə 70-ci maddə tətbiq olunmaqla şərti 4 illik cəza ilə əvəz olunub. Ancaq 2012-ci ildə Rauf Qurbanovun həbsxanada dünyasını dəyişməsi sakinlərin sonuncu ümidinin də itməsilə nəticələnib. Elə bu səbəbdən payçıların Yasamal məhkəməsində xeyirlərinə çıxarılan 4 qətnamə də icra oluna bilmir.

Sakinlər problemlərini necə həll edəcəklərini artıq bilmirlər.

Tarix
2014.12.09 / 22:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla