Yuxarı

“Bu böyük addımı azərbaycanlı iş adamları atmalı idilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən özbək əsilli Rusiya milyarderi, mesenat Əlişir Usmanov Londondakı məşhur "Christie's" auksionunda ABŞ bioloqu Ceyms Uitsonun 1962-ci ildə DNK strukturunu kəşf etdiyinə görə qazandığı Nobel medalını hərracda 4,1 milyon dollara alıb".

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə açıqlama verib.

O, bildirib ki, biznesmen medalı yenidən dünyaca məşhur alimə qaytarmaq fikrindədir:

"Bioloq öz medalını sataraq əldə edilən vəsaiti öz laboratoriyasının inkişafına qoymaq fikrində idi. Rusiya mesenatının bu addımı dünyada sensasiyaya çevrildi və həm özünün, həm də Rusiyanın dünyada nüfuzunun qalxmasına səbəb oldu. Hesab edirəm ki, bu addımı Azərbaycan və ya Azərbaycan əsilli xaricdə yaşayan imkanlı iş adamları etməli idilər. Ödənilən vəsait biznes sferası üçün elə də böyük vəsait sayılmır. Həmçinin artıq kifayət qədər imkanı olan, dünya səviyyəsində tanınan Azərbaycan iş adamları meydana gəlib. Dəfələrlə ölkəmizin tanınan iş adamları ilə söhbətdə onların vətənpərvər olduqlarının şahidi olmuşam. Həm ölkəmizdə, həm xaricdə xeyirxahlıq əməlləri ilə tanınırlar, mesenatlıq artıq Azərbaycan iş adamının qanına hopubdur".

Millət vəkili bir məqamı da xüsusilə vurğulayıb:

"Heydər Əliyev Fondunun Prezidenti mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanın kitabxanasının, Praisdə və Strasburqda kilsələrin təmiri, xaricdə məktəblərin tikilməsi göz qarşısındadır. Nobel laureatı medalını alıb onu yenidən sahibinə qaytarmaqla dünya tarixinə Azərbaycanın adını yazmaq, həmin alimlə universitetlərimizin əməkdaşlığını qurmaq mümkün olardı. Həmçinin dünya Azərbaycanı yenidən tanıya bilərdi".

Tarix
2014.12.10 / 12:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla