Yuxarı

Heydər Əliyev bu ölkələrdə anıldı – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev bu ölkələrdə anıldı – Foto

Bu gün mərhum prezident Heydər Əliyevin vəfatından 11 il ötür. Dünyanın müxtəlif ölkələrində mərhum prezidentin anımı ilə bağlı tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, bu həftə aşağıdakı ölkələrdə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin anımı ilə bağlı tədbirlər keçirilib.

Dekabrın 9-da AR-ın Misirdəki səfirliyi Qahirə universitetinin "İqtisadiyyat və Siyasi elmlər" fakültəsində "Azərbaycanın bu günü və sabahı" adlı konfrans təşkil edib.

Dekabrın 11-i Ukraynanın Truskavets şəhərində, "Karpatı" hotelində mərhum ölkə rəhbərinə həsr olunan guşə yaradılıb. Guşə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşəbbüsü ilə yaradılıb.

Dünən Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində anma mərasimi keçirilib. Mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveytin ictimai, siyasi xadimləri iştirak ediblər.

Təbriz də Azərbaycan xalqının mərhum liderini unutmayıb. Təbriz şəhərinin "Sultan" restoranında təşkil olunmuş mərasimdə mərhum liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun ruhuna müqəddəs Qurani-Kərimdən ayələr bağışlanıb.

Bu gün Azərbaycanın Litva səfirliyi tərəfindən Litvanın Kaunas şəhərində də bir sıra tədbirlər keçirilib.

Bu gün Belqradda Azərbaycan xalqının unudulmaz rəhbəri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, bu ölkənin parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimaiyyətin və müsəlman icmasının nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin "AzVirt" şirkətinin rəhbərliyi, burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə bu gün qurumun Brüsseldəki ofisində də anma mərasimi təşkil edilib.

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Domadedova bölgəsinə yaxın "Severnıy Park" mərkəzində Rusiya Azərbaycanlıları Diaspor Konqresi (VAK) tərəfindən keçirilən mərasimdə bir çox rəsmi şəxs iştirak edib.

Tarix
2014.12.12 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla