Yuxarı

İlham Əliyev bunun üçün hər şey edir - Deryugina

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev bunun üçün hər şey edir - Deryugina

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şeyi edirlər.

Axar.az xəbər verir ki, bunu Trend-ə bədii gimnastika üzrə Ukrayna milli komandasının baş məşqçisi, Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti İrina Deryugina deyib.

O bildirib: “Azərbaycanda rəhbərliyin idmana bu cür yanaşmasına biz Ukraynada yalnız həsəd apara bilərik. Hesab edirəm ki, dövlət başçısının Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi və idmana nəzarətdə saxlaması düzgündür. Bu cür olmayan ölkələrdə prezidentlər yalnız siyasətlə məşğul olur və idmanı unudurlar”.

İ.Deryugina Azərbaycanda gimnastikanın inkişafını, xüsusilə də Milli Gimnastika Arenasını və Azərbaycan Gimnastika Federasiyasının keçmiş baş katibi, hazırda Avropa Gimnastika İttifaqının prezidenti olan Fərid Qayıbovun bu idman növünün inkişafında rolunu vurğulayıb:

“Mən Fəridi gimnastikada ilk addımlardan tanıyıram. O, Avropa Gimnastika İttifaqının prezidenti seçildi və idmanın inkişafı üçün çox iş görür”.

O əlavə edib ki, bu gün gimnastika çox dəyişib və daha maraqlı olub:

“Gimnastika ağır idman növüdür. Əlbəttə, bu idman qızlara çox şey verir, xarakteri möhkəmləndirir, amma bu, ağır işdir. Mən bu idmanı sevirəm və istəyirəm ki, dünyada layiqli yerini tutsun. Amma hazırda gimnastikanın inkişafını ləngidən bəzi maneələr var ki, bu da əsasən yarışların keçirilmə qaydaları ilə bağlıdır”.

Tarix
2019.05.20 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Bakıdan qayıdan kimi bu sözləri yazdı…

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Qərb Qafqazda güclənir, gərginlik artır – KTMT

Əliyev xartiya imzaladı: güclənir... - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla