Yuxarı

Putinin azərbaycanlı köməkçisi: “Biz azəri tatarlarıyıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yalnız Rusiyada olmayan insanlar Krım tatarlarına istehza edildiyinə inanırlar".

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov Krım Tatar Xalqının İctimai Şurasında çıxışı zamanı söyləyib.

O, tatarların Krımla kifayətlənməməli olduğunu deyib:

"Salam əziz türk qardaşlar, Krım tatar qardaşları! Biz də sizin kimi azəri tatarlarıyıq. Mən bu gün sizin aranızda gəncləri, qadınları görürəm. Demək ki, siz Krım birliyinə ehtiyac duyursunuz. Demək, başa düşürsünüz ki, sizin xalqınızın gələcəyi yalnız özünüzdən asılıdır. Demək, siz 1944-cü ildə baş verən dəhşətlərin təkrarlanmasının qarşısının alınmasının yalnız özünüzdən asılı olduğunu bilirsiniz. Siz əvvəllər həmişə Krıma kilidlənmişdiniz. Bu gün artıq Krıma kilidlənmək lazım deyil. Rusiya ilə olmaq lazımdır. Bu, 17,5 milyon kvadrat kilometr ərazisi olan ölkədir. Sizin ölkəniz budur. Sizin vətəniniz budur. Hər kəslə Kamçatkada, Saxalində, Murmanskda, Dərbənddə, Kalininqradda bərabərsiniz. Ona görə ki, bura sizin vətəndir. Bu o vətəndir ki, orada sizin əcdadlarınız yaşayıblar. Bu o vətəndir ki, orada sizin nəvələriniz doğulacaq və böyüyəcək. Hərdən informasiyalar gəzir ki, Rusiya buranı işğal edib və tatarlara istehza edir. Müəyyən provokatorlar bu və ya digər məsələlərdə yalan informasiyalar buraxırlar. Rusiyada olmayan insanlar isə buna inanırlar".

Qeyd edək ki, Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə "AzerRos"un prezidenti seçilib. Mediada Azərbaycana qarşı yaradılmış Milyarderlə İttifaqının üç əsas yaradıcısı sırasında adı hallanır. Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir.

Xatırladaq ki, Söyün Sadıqovla bağlı video dekabrın 11-də Yutub sosial şəbəkəsində yerləşdirilib.

Tarix
2014.12.15 / 13:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla