Yuxarı

“İqtidar zəruri saysa, növbəti görüş olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Razılaşma oldu ki, daha geniş tərkibdə görüş keçirilsin".

Bu sözləri Axar.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa iqtidar-müxalifət dialoqu barədə məlumat verərkən dedi. Partiya sədrinin sözlərinə görə, görüşdə bir sıra mövzular müzakirə olunub:

"Bu görüş özlüyündə müsbət hadisədir. Təşəbbüslə çıxış edən partiyaları təbrik etmək lazımdır. Çünki dəfələrlə belə təşəbbüslər olsa da, iqtidar tərəfindən əhəmiyyət verilməmişdi. Biz sadəcə xoş niyyətli hadisə olduğuna görə iştirak etməyə qərar verdik. Partiyaları maraqlandıran seçki, qərargah, məhbuslar, siyasi münasibətlər, Azərbaycanın dövlət maraqlarının təminatı məsələsində əməkdaşlıq və başqa mövzularda müzakirələr oldu. Ümid edirəm ki, bu görüş dialoq üçün zəmin hazırlayacaq və səmimi müzakirə mühiti formalaşacaq".

Millət vəkili onu da bildirdi ki, görüş zamanı daha geniş tərkibdə müzakirələrin keçiriləməsi ilə bağlı razılığa gəlinib:

"Növbəti görüşün vaxtı tərəflərin razılaşmasından və iqtidarın nə dərəcədə buna zərurət duymasından asılıdır. Hər halda belə bir razılaşma oldu ki, daha geniş tərkibdə görüş keçirilsin".

Xatırladaq ki, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilib. Görüşdə iqtidar nümayəndələrindən - Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edib.

Tarix
2014.12.15 / 18:27
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla