Yuxarı

Mübariz Qurbanlı: “Həmin o saqqallılar…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İslam ölkələrində bu dini gözdən salmağa cəhd edən radikal qruplar var. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət göstərirlər, onlar İslama zidd qruplardır. Onların mənbəyi, maliyyə qaynaqları xaricdən, xristian ölkələrindədir".

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində "Din və dövlət münasibətləri " mövzusunda keçirilən tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, həmin qruplar İslam dinini gözdən salmağa çalışırlar:

"İslama gələnlərin qarşısını almaq üçün onu gözdən salırlar. Bu gün İŞİD qruplaşması var. Lakin o əvvəllər başqa adla fəaliyyət göstərmiş və islam dininə terror damğasını vurmaq üçün çalışmış qruplardan yaradılıb. Bu savaşların dinə heç bir dəxli yoxdur. Onlar bu əməllərlə İslam dinini gözdən salmağa çalışırlar. Saqqalı uzun, saçı dağınıq, baş kəsən, uşaq öldürən birini görən hansısa yapon, ingilis əlbəttə ki, İslam dininə gəlməz. XXI əsrin 14 ili ərzində müharibələrdə 1 milyon 200 min insan həlak olub ki, bunun da 80 faizi müsəlman ölkələrinin payına düşür. Bu gün 30 ölkədə müharibə gedir. Bu müharibələrdən 12-si islam ölkələrindədir" .

Bu cür radikal qrupların Azərbaycanda da kök salmaq istədiyi xəbərdarlığını edən M.Qurbanlı azərbaycanlı xaraketinin buna imkan vermədiyini deyib: "Azərbaycan xalqı heç vaxt onlara dəstək verməyəcək. Əvvəla, bizim xarakterimiz buna imkan verməz. İkincisi, İslam adətlərimiz tarixdən gəlir. Bizim etiqadımız düzgündür. Biz islama zidd əməllərə rəvac verə bilmərik və verməyəcəyik".

Komitə sədrinin sözlərinə görə, radikal qrupların fəaliyyətinin qarşısının alınması üçün mübarizə bundan sonra da davam edəcək:

"Azərbaycanda din azaddır. Hazırda ölkədə 2050 məscid var. Onlardan 1600-ü tam fəaliyyət göstərir. Bayram namazında 150 minə yaxın insan namaza gəlir. Lakin məscidlərdə 300 min insanın ibadət etməsinə şərait var. Bu gün bəzi gəncləri din adı altında xaricə aparıb, sənədlərini alıb orada qul kimi işlədirlər. Sonra da silah verib həlak edirlər. Bu cür adamlar nəzarətə götürülüb, bir neçəsi həbs olunub. Qalanları da həbs olunacaq. Biz qanuna dəyişiklik etmişik. O adamlar ki hardasa qeyri - qanuni döyüşə gediblər, silahlı birləşmədə iştirak ediblər, onlar Vətənə qayıdan kimi həbs olunurlar. Əgər kimsə həqiqətən vətən uğrunda, din uğrunda döyüşmək istəyirsə buna meydan var. Bizim Qarabağ kimi problemimiz var. Bunun üçün gedib hardasa quldur dəstəsinə qoşulub başqasının maraqları naminə həlak olmağa dəyməz. Ona görə bu cür təbliğat aparanların qarşısı alınmalıdır və alınır. Bəziləri şəriət qanunları ilə idarə olunan dövlət yaratmaqla bağlı əfsanələr danışırlar. Radikal qrupları , şəriət qanunlarını gətirib yaymaq istəyirlər. Amma kimsə şəriət qanunları ilə yaşamağa hazırdırmı? Azərbaycan cəmiyyəti dünyəvi cəmiyyətdir. Əgər şəriət qanunları ilə yaşasaq, onda gərək oğurluq edənin əlini kəsək. Heç kim törətdiyi cinayətə görə onu şəriət hökmü ilə cəzalandırılmasını istəməz. Heç kim daş-qalaq olunmaq istəməz. Amma həmin o saqqallılar xürafatçılar buna çağırırlar. O adamların özlərinə bu hökmləri tətbiq etmək istəsən razı olmazlar".

Tarix
2014.12.16 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla