Yuxarı

“Bakı belə ittifaqa maraqlarını qurban verməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərdoğan hələ də Qərbi "Rusiya ilə birləşərəm" sözlərilə şantaj edir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib. O, Ankaranın Rusiya əməkdaşlığının ona yaxşı reputasiya gətirməyəcəyini bildirib:

"Moskva-Tehran-Ankara ittifaqının yaranması ilə bağlı ideya kimlərsə tərəfindən ortaya atılıb. Məlumatda Azərbaycanın bu blokda yer alacağı yox, ona hüsnü-rəğbət bəsləməsilə bağlı fikirlər mövcuddur. Bu blokun baş tutacağına inanmıram. Əvvəla ona görə ki, Ankara NATO-nun üzvüdür və bir çox məqamlarda Qərblə qırılmaz tellərlə bir-birinə bağlıdır. Mənə elə gəlir ki, Ərdoğan hələ də Qərbi "Rusiya ilə birləşərəm" sözləri ilə şantaj edir. Bununla da Qərbdən Avropa Birliyinə daxil olmaq üçün təminat almaq istəyir. Üstəlik, Ankaranın Moskva ilə iş birliyi onun reputasiyasını yüksəldəciyinə və qarşısına qoyduğu bir sıra həyatı əhəmiyyətli strateji proyektləri reallaşdıracağına yardım edəcəyinə inanmıram".

Politoloq TANAP-ın Bakı üçün həyati əhəmiyyət daşıdığını deyib:

"Tehranın özü də Rusiya ilə bu cür üçbucağın qurulmasına razı deyil. Çünki ağır sanksiyalar onu da sıxır və bu gün hərəkət edəcəyi təqdirdə Qərbin təzyiqləri ilə daha çox baş-başa qalacaq. Bu sırf Rusiyanın ideyasıdır və onunla bağlı diplomatik-siyasi işlər də aparılır. Bu üçbucağın alınması ya mümkün deyil, ya da ki, çox çətin bir şeydir. Azərbaycana gəlincə isə Bakı çoxvektorlu siyasət yürüdür. Hər üç ölkə ilə münasibətlərin yaxınlığı o demək deyil ki, Azərbaycan iqtisadi, siyasi maraqlarını bu ölkələrə qurban verəcək. TANAP layihəsi sıradan çıxarıla bilməz və bu Bakı üçün tam arzulanmazdır".

Tarix
2014.12.17 / 09:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla