Yuxarı

Millət vəkilindən açıqlama: Növbəti maaş artımları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilindən açıqlama: Növbəti maaş artımları...

Prezident İlham Əliyevin həyata keçirdiyi analoqu olmayan sosial siyasi xətt özündə xalqın rifahının yüksəldilməsini, güzəranının gündən-günə yaxşılaşdırılmasını ehtiva edir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin əmək haqlarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamlara münasibət bildirən millət vəkili Hüseynbala Mirələmov deyib.

Millət vəkilinin sözlərinə görə, BMT-nin təsdiqlədiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan insan inkişafı indeksini yaxşılaşdırmaqla MDB məkanının lider dövlətlərindən birinə çevrilib.

Millət vəkili dövlət başçısının təqdim etdiyi yeni sosial paketin əhalinin çox böyük əksəriyyətini əhatə etdiyini bildirib:

“Növbəti maaş artımları yüzminlərlə insanın daha yaxşı yaşaması deməkdir. Bu sərəncamların imzalanması ilə onminlərlə ailəyə növbəti dəfə sevinc bəxş olundu. Sosial islahatların gündən-günə dərinləşməsi və dövlətimizin iqtisadi inkişafı fonunda artan maliyyə imkanlarının xalqımızın yüksək rifahının və xoş güzəranının təminatına istiqamətləndirilməsi dövlət başçısının verdiyi vədlərə dəqiqliklə əməl etməsinin bariz göstəricisidir”.

Tarix
2019.06.20 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla