Yuxarı

Gündəmi silkələyən saatdan daha kimlərdə var? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gündəmi silkələyən saatdan daha kimlərdə var? - Foto

Dünən ölkə mətbuatı İspaniyanın İbiza kurortunda 22 yaşlı Azərbaycan vətəndaşının 1.07 milyon funt-sterlinq dəyərində olan saatının oğurlanmasından yazdı. “Deyli Meyl” nəşrinin yaydığı məlumata görə, sözügedən saat “Riçard Mill” brendinin 50-03 McLaren F1 markasıdır.

Axar.az sözügedən brend haqqında maraqlı faktları təqdim edir:

“Riçard Mill” İsveçrənin Les Breuloks şəhərində istehsal olunan lüks saat markasıdır. Bu brend Dominik Genat və Riçard Mill tərəfindən 2001-ci ildə təsis edilib. Dünyanın ən bahalı saat brendlərindən biri hesab olunur. “Riçard Mill” saatlarının ən ucuzunun qiyməti 12 min funt sterlinqdən başlayır.

Təsadüfi deyil ki, dünyanın tanınmış mədəniyyət xadimləri, məşhur idmançılar, şeyxlər məhz bu brendə üstünlük verir.

Məsələn, dünya şöhrətli basketbolçu Ceyms Harden bu brendin RM11 (Romain Grosjean Lotus F1 Edition) modelindən istifadə edir. Sözügedən saatın qiyməti 150 min funt sterlinqdir.

Məşhur futbol məşqçisi Pep Qvardiola “Riçard Mill” brendinin RM22 (Aerodyne Dual Time Zone) modelindən alıb. Bu saatın qiyməti isə 500 min funt sterlinqdir.

Türkiyə əsilli futbolçu Məsud Özil sözügedən brendin RM035 (Baby Nadal) markasından istifadə edir. Onun satış qiyməti 85 min funt sterlinqdir.

BƏƏ-yə tabe olan Əcman əmirliyinin şeyxi Ammar bin Humaid 120 min funt sterlinq dəyərində RM35-01 (Rafael Nadal-Last Carbon Edition) markalı saat istifadəçisidir.

Dünyaca məşhur amerikalı repçi Dreyk də “Riçard Mill” brendindən istifadə edənlərdəndir. Onun RM55 (Bubba Watson) 185 min funt sterlinqdir.

Almaniya nəhəngi olan “Bavariya” futbol klubunun şərəfini qoruyan fransız əsilli futbolçu Frenk Riberi bu brendin 135 min funt sterlinqlik markası olan RM 11-03-dən istifadə edir.

Məşhurlar arasında braziliyalı futbolçu Neymar da bu saatı sevənlərdəndir. Belə ki, gənc futbolçu “Riçard Mill”in RM 68-01 (Tourbillon ‘Cyril Kongo’) markası üçün 540 min funt sterlinqindən keçməli olub.

Maraqlıdır ki, bu məşhurlar arasında heç kim bu markaya azərbaycanlı gənc qədər çox pul verməyib.

Tarix
2019.06.28 / 16:28
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Baş nazir Aşqabadda mühüm forumda iştirak edir

İrəvanın AB ilə sazişi - Yenə Bakıya qarşı oyun qurulur

Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 22 il ötür

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla