Yuxarı

Moskva təklif edir: Bakı Su-35 ala bilər? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva təklif edir: Bakı Su-35 ala bilər? - Video

09:00

Azərbaycana silah satışı ilə bağlı bir çox yerlərdən belə təkliflər gəlir, lakin Bakı daha çox ehtiyacı olan silahların alınmasına həyata keçirir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Rusiyanın Azərbaycana yeni döyüş təyyarələrini təklif etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, hazırda bu döyüş təyyarələrini almağa ciddi ehtiyacımız yoxdur:

“Bu gün Azərbaycan Ordusu kifayət qədər müasir silahlara sahibdir. Yeni silah almaq üçün geniş şəkildə götür-qoy edilməlidir. Hesab edirəm ki, hazırda Azərbaycan Ordusu üçün Su-34 və Su-35 döyüş təyyarələrinin alınmasına ehtiyac yoxdur. Ümumiyyətlə, ölkəmizə silah satışı ilə bağlı bir çox yerlərdən belə təkliflər gəlir. Lakin Azərbaycan daha çox ehtiyac olan silahların alışını həyata keçirir”.

Hərbi ekspert gələcəkdə sözügedən döyüş təyyarələrinin alınmasının mümkün olduğunu deyib:

“Azərbaycan Ordusunun gücü bu gün yetərli səviyyədədir. Lakin gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü daha da artırmaq üçün Su-34 və Su-35 döyüş təyyarələrinin alınmasını həyata keçirmək olar. Düşünürəm ki, bu döyüş təyyarələrinin qarşıdakı illərdə alınması Ordumuza yeni imkanlar qazandıra bilər”.

Qeyd edək ki, Rusiya Ordu-2019 (Army-2019) Forumunda Azərbaycan Müdafiə Nazirliyinin heyəti üçün Su-34 və Su-35 döyüş təyyarələrinin təqdimatını keçirib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

Tarix
2019.07.02 / 11:10
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla