Yuxarı

Axar.Az Logo

Bu müharibədə hamı uduzacaq - Duqinin şərhi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp öz xarici siyasətində ölkə cəmiyyətinin iki seqmentini razı salmağa çalışır.

Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin deyib.

“Tramp xarici siyasətini ABŞ cəmiyyətinin iki nüfuzlu düşərgəsini razı salmaq üzərində qurur. Bu, bir tərəfdən “şahinlər” və ya konflikti qızışdıranlardır. ABŞ elitasında belələri çoxdur. Bu insanlar büdcənin artmasını istəyirlər. Onlar üçün müharibə vəzifədə irəliləmə və cəmiyyətdə mövqelərini gücləndirmək imkanıdır. Tramp kimisə təhdid edəndə, o, ABŞ cəmiyyətinin məhz bu seqmentindən dəstək alır.

Digər tərəfdən, ABŞ-da pasifist seqment hökm sürür. Bu, işğalların, hərbi əməliyyatların başladılmasının əleyhdarları, Obamanın siyasətini sərt şəkildə rədd edənlərdir. Məhz onlar Trampın əsas elektoratıdır. Onlar Trampı sələflərinin Atlantik siyasətinə qarşı çıxdığına görə seçiblər”, - Duqin bildirib.

A.Duqin Trampın bütün təhdidlərinə rəğmən, Obama və Klintondan fərqli olaraq, pasifist olduğunu deyib. Onun sözlərinə görə, Tramp yaratdığı bu simanı İrana qarşı müharibə başlamaqla məhv edə bilər:

“Trampı İranla müharibəyə sövq edənlər konflikti qızışdıranlardır. Məhz onlar ABŞ əsgərinin ilk tabutundan, ilk uğursuzluqdan sonra Trampı dəfn edib, bütün günahı onun üstünə yıxacaqlar. Mən Trampın sağlam məntiqinə ümid edirəm. Mənim proqnozum belədir ki, ABŞ Prezidenti İranla savaşa getməyəcək, əks təqdirdə bu onun prezidentliyinin sonu, özünün və siyasətinin Obamaya çevrilməsi demək olacaq”.

Duqin hazırda dünyada bu müharibənin qarşısını yalnız Rusiya və Çinin ala biləcəyini deyib:

“Çin ABŞ-la ticarət müharibəsi vəziyyətindədir. Rusiya isə sanksiyalar altındadır və ABŞ-ın birqütblü dünyasına müqavimət göstərir. Əgər Rusiya Çinlə birgə hərəkət etsə, Putin və Si Szinpin “biz bu müharibəni dəstəkləmirik” deyib, müqavimət göstərsələr, bu, ABŞ-ı dayandıracaq. Bu cəhdlər Rusiya və ABŞ-a yaxşı heç nə gətirməyəcək, lakin müharibədən qaçmaq mümkün olacaq. Məncə, İrana müdaxilə ABŞ üçün son ola bilər. Bəzi ölkələr bu qərarla razılaşmayacaqlar və NATO dağılmağa başlayacaq. ABŞ-ın etdikləri heç kimin xoşuna gəlmir və bu, sadəcə birqütblü müharibənin sonuncusu olacaq. Əgər müharibənin başladığını təsəvvür etsək, o zaman bu, onun iştirakçılarının hər biri üçün kompensasiyaedilməz fəlakətə səbəb olacaq. Bu müharibə qalibiyyətsiz olacaq. Hər kəs – ABŞ, İran, Rusiya və onlarla əlaqəli olanlar - uduzacaq”.

Tarix
2019.08.01 / 09:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Darsaliya: Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi...

Erməni deputatlar sülh mətni ilə tanış oldu: “Təhlükə” varmış...

BMT Bakı - İrəvan bəyanatını alqışladı

Şahin Mustafayev Overçukla görüşdü

Bakı və İrəvanın birgə çağırışı: Növbə Parisindir

Abbas İsmayılov nazir əvəzi təyin edildi

MM sədri Avropa Şurasının Baş katibi ilə görüşdü

Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışdı

Britaniya Bakı və İrəvanın bu addımını dəstəkləyir

Bakı ilə İrəvanın yaydığı birgə bəyanat... - Afina

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla