Yuxarı

Bakıya qarşı texnoloji müharibə aparılır – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya qarşı texnoloji müharibə aparılır – Millət vəkili

Azərbaycana qarşı sosial şəbəkələrdə yalan və təhqirlərlə dolu aparılan bu kampaniyanın əsas məqsədi Azərbaycan dövlətini və cəmiyyətini dağıtmaq, min illər ərzində formalaşmaşı milli ənənələri məhv etmək və son nəticədə dövlətdən və milli ənənənələrdən məhrum olmuş müdafiəsiz azərbaycanlıları idarə etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili deyib. O bildirib ki, bu prosses ən müxtəlif və müasir texnologiyalar ilə aparılır, xeyli maliyyə vəsaiti xərclənir, digər ölkələrlə sınaqdan çıxmış dağıdıcı texnoloji və psixoloji alətlərdən istifadə olunur:

“Bu kampaniyalar bütövlükdə Azərbaycana qarşı aparılan texnoloji müharibədir. Bu müharibəni maliyyələşdirən, saxta və ya qəsdən dəyişdirilmiş informasiyalar ilə təmin edənlər Azərbaycanın müstəqilliyini, regionda mövcudluğunu, güclü və firavan olmasını istəməyən qüvvələrdir. Onlar həm ölkə xaricində, həm də ölkə daxilində mövcuddurlar. Ümumiyyətlə, bu qüvvələrin əsas məqsədi nəinki dövləti, bütövlükdə hakimiyyəti, sağlam müxalifəti, ziyalıları, parlament üzvlərini gözdən salmaq və beləliklə də ölkədə sağlam inkişaf mühitinin güclənməsini imkan verməməkdir. Düşünürəm ki, bu texnoloji müharibədə döyüşmək, mübarizə apararaq bu qüvvələrin istəyinə, az da olsa, nail olmalarına imkan verməmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki texnoloji dünya artıq reallıqdır, bu dünyanın sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq”.

Tarix
2019.08.22 / 09:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla