Yuxarı

Sosial rifahın yüksəldilməsi üçün... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəlməsi üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva Prezident İlham Əliyevin ölkədə minimum əmək haqqının artırılaraq 250 manata çatdırılması barədə sərəncamının sentyabrın 1-dən qüvvəyə minməsi barədə danışarkən deyib. O bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:

“Son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb, vətəndaşların rifahı yaxşılaşıb, əhalinin bütün seqmentləri üçün sosial təminat sistemi təkmilləşdirilib. İnsan kapitalı, sosial infrastruktur gücləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir. İyunun 18-də dövlət başçısının sərəncamları ilə minimum əmək haqqının 250 manata qədər artırılması, eləcə də müxtəlif kateqoriyalar üzrə əmək haqlarının artırılması bu faktı bir daha təsdiqləyir”.

Millət vəkilinin sözlərinə görə, bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən böyük sosial paket həyata keçirilir:

“Bu il ərzində minimum əmək haqqı iki dəfə artırılıb. Beləliklə də cari ildə bu artım ümumilikdə 100 faizə yaxındır. Bütövlükdə, Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır. Əmək haqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yüksəlməsinə yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Millət vəkilinin sözlərinə görə, sosial siyasətdən bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar xüsusi vurğulanmalıdır:

“Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların varislərinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əmək haqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir”.

Tarix
2019.09.04 / 14:32
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla