Yuxarı

Mehriban Əliyeva İsmayıllıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva İsmayıllıda - Foto

22:11

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

Axar.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra Mehriban Əliyeva burada İsmayıllı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

***

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonunun Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən evdə görülən işlərlə tanış olub.

***

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva bağçada yaradılan şəraitlə tanış olub.

İsmayıllı şəhərində məktəbəqədər yaşlı uşaqların sayı 2300 nəfərdir ki, onlardan 195 nəfəri məktəbəqədər təhsilə cəlb olunub. Məsələnin həlli məqsədilə Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncamla İsmayıllı şəhəri ərazisində yeni 100 yerlik uşaq bağçası binasının tikintisinə Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılmışdı. Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Bağçanın həyətində yaşıllaşdırma işləri görülüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Sentyabrın 14-də İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər.

Tarix
2019.09.14 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla