Yuxarı

İran səfiri təkzib etdi: Dağlıq Qarabağ erməniləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran səfiri təkzib etdi: Dağlıq Qarabağ erməniləri...

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu gün İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Axar.az QAT-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan mətbuatında iki ölkə arasındakı münasibətlərə xələl gətirəcək bəzi məlumatların yayılması ilə bağlı məsələ müzakirə olunub. A.Nağı bu məsələ ilə bağlı, xüsusilə də iranlı idmançı Mehdi Çandehkarın Dağlıq Qarabağa, Şuşaya getməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilməsini istəyib. Çandehkarın İranda erməni şagirdlərin olimpiadasının keçirilməsi və orada guya Dağlıq Qarabağdan olan komandanın iştirakı ilə bağlı yayılan məlumatlara dair cəmiyyətdə olan narahatçılıq səfirin diqqətinə çatdırıb. İran səfiri bu məsələ ilə bağlı ətraflı məlumat verib və məlumatların təxribat xarakterli olduğunu, reallığı əks etdirmədiyini bildirib. Diplomat xüsusi olaraq vurğulayıb ki, İranla Azərbaycanın münasibətlərinə müəyyən qüvvələr xələl gətirmək istəyirlər və ona görə də vaxtaşırı bu cür təxribat xarakterli məlumatları mətbuata ötürürlər. Amma səfir qeyd edib ki, bu cür təxribatlar iki dost və qardaş ölkənin münasibətlərinə heç bir halda mənfi təsir göstərə bilməz. Onun sözlərinə görə, bu münasibətlər yüksələn xətlə inkişaf edir və bundan sonra da inkişaf edəcək. Sonda Akif Nağı onu narahat edən məsələlərə aydınlıq gətirdiyinə görə cənab səfirə təşəkkür edib.

Xatırladaq ki, bir müddət öncə QAT sədri sözügedən məsələ ilə bağlı İran səfirliyinə rəsmi müraciət etmişdi.

Tarix
2019.09.21 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Səmərqəndə getdi

İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi

AB Bakı və İrəvanı dəstəkləyir - Kallas

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Mehdiyevin siyahısı: 50 nəfərdən 2-sinin adı açıqlandı

“Tramp yolu” bunlara şərait yaradır - Simonyan

Elton Məmmədov dövlətə 3 milyon ödədi - Rəsmi xəbərdarlıq

Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan

Şahbaz Şərif Azərbaycana gəlir - Paradda iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla