Yuxarı

Vanetsyan Paşinyanı darmadağın etdi – Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vanetsyan Paşinyanı darmadağın etdi – Cavab

Paşinyan mənim istefamdan sonra yanıma müxtəlif adamları göndərərək bir müddətlik susmağımı xahiş edib, amma görürəm ki, o, növbəti dəfə razılaşmaları pozub, populist bəyanatlar verir.

Axar.az xəbər verir ki, bunu “Qraparak” qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

“Aydındır ki, Paşinyan öz sözlərinin nəticələri haqqında düşünmür, yalnız insanlara anlıq təsiri fikirləşir. Təsəvvür edin ki, mən nəticələrini düşünmədən danışmağa başlayıram. Cəmiyyəti “kim bizlə deyilsə, o satqındır” fikrini irəli sürərək, nə vaxta qədər fikir ayrılığına salmaq olar? Əgər kimsə Paşinyanla razı deyilsə, o, keçmişdəkilərin sifarişi ilə hərəkət edir. Demişəm və təkrar edirəm ki, məni keçmişdəkilərlə əlaqələndirməyə cəhd etməyin. Xatırladıram ki, sülh dönəmində Ermənistan baş naziri ali baş komandan deyil. Mənim bəyanatımı oxuyanlar nə dediyimi anlayıblar. Mən əminliklə deyirəm ki, zaman kimin və nəyin zibillikdə olacağını göstərəcək. İnanıram ki, xalq manipulyasiyaya getməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Paşinyan Los-Ancelesdə jurnalistlərə açıqlamasında Vanetsyanın bəyanatını Ali Baş Komandana (yəni özünə - red.) hörmətsizlik kimi dəyərləndirmişdi.

Tarix
2019.09.23 / 13:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla