Yuxarı

İrəvan Dilqəmlə Şahbazı qaytarır? – Mnatsakanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Dilqəmlə Şahbazı qaytarır? – Mnatsakanyan

Araik Kazaryan və Karen Kazaryanın Ermənistana qaytarılması məsələsi Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşün gündəmindədir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə açıqlamasında Azərbaycan XİN rəhbəri E.Məmmədyarovla görüş öncəsi deyib.

“Bizim müzakirənin gündəminə daxil olan uzun məsələlər siyahımız var. Bu məsələlər bir neçə problemlə məhdudlaşmır. Əslində mən dəfələrlə demişəm və əminəm ki, sizin hamınız gündəmi və bizim üçün daimi olan məsələlər siyahısını çox yaxşı bilirsiniz.

Mən güman edirəm ki, bu insanlar Ermənistana qayıtmalıdır, ona görə ki, bu, humanitar problemdir”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Araik Kazaryan və Karen Kazaryanla dəyişdirilməsi üçün müraciət edib.

Nazirlərin görüşü isə bu gün Nyu Yorkda baş tutub. Görüşdə nələrin müzakirə olunduğu açıqlanmayıb.

Tarix
2019.09.24 / 14:48
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla