Yuxarı

Abbasovun məşhur çıxışı: Kimlər rus KQB-sinə işləyir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:32

Əli Kərimli hələ heç özü də əmin deyil ki, 2025-ci ildə prezidentliyə namizəd olacaq, ya yox. Mən deyəndə ki, qaragüruhbaşının məsələsi klinik məsələdir artıq, bax, belə simptomları nəzərdə tuturdum və tuturam.

Bir yandan adam bəyan edir ki, oddan-alovdan keçərəm, ay eşqimizə and içərəm, sizi iqtidara apararam, amma o yandan heç Lökbatana aparmağa nəfəsi çatmır.

Əslində, Əli Kərimlinin və qaragüruhun belə zəif olduğunu təhlil cameəsində yaxşı bilirdik. Sadəcə, yanvar mitinqindən sonra bu toplumda belə bir rəy yaranmışdı ki, çoxalmışıq, ağanəzərik filan. Və Şəhər Hakimiyyətinin kiçik bir gedişi ənənəyə öyrəşmiş güruhu çaşdırdı. Onlar qəsdən elə yerlər üçün sifariş vermişdilər ki, Bakı İcra Hakimiyyətinin orada mitinq keçirməyə icazə verməyəcəyi gün kimi aydın idi. Əli də, Kərimli də gözləyirdi ki, rədd cavabı gələcək və onlar yenə də başlayacaqlar öz köhnə əsaslandırmalarını tirajlamağa. Amma birdən...

Əli Kərimli də, ayağı kərimsiz də düşdülər qəribə vəziyyətə. Mitinqə icazə verildi. 28 sentyabra 2 gün qalmış. Amma ora güruhu yönəltmək üçün işləmək, təşkilatçılıq etmək, bəlkə avtobuslar sifariş vermək, bəlkə qid tutmaq, nə bilim, hər halda nələrsə etmək lazım idi. Və bütün bunları etməyə həvəs lazım idi. Amma Milli Şura buna hazır deyildi. O, yalnız “Məhsul” stadionuna gedilə biləcək qədər məsafəni və burada bağırmaq üçün əzbərlədiyi 3 sözü dərk etmək gücündədir. Artığında qısaqapanma verir.

Həm də qaragüruh düşərgəsində əməlli-başlı başıpozuqluq var. Ailə dövlətin kiçik şəklidirsə, bu adamların qurmaq istədiyi dövlət ən yaxşı halda Fuad Qəhrəmanlının ailəsinə bənzəyəcək. Yeri gəlmişkən, qüruhun gələcək evciyinin elə qadın çatışmazlığı da var. Milli Şura nə qədər ki problem aliqofreniya həddinə gəlib çatmayıb, vəziyyətdən çıxış yolu tapmalıdır. Yalnız Gültəkin Hacıbəylinin gələcəyinə bel bağlamaq olmaz. Gültəkin Hacıbəyli təkdir. O, bir qadın olaraq Milli Şuranın özünəməxsus yükünü çətinliklə saxlayır. Gözəl Bayramlı artıq o deyil. Yəni zəifləyib və səhhətində problem var. Allahdan şəfa diləyirik. Elə Gültəkinə də səbir.

Burada söhbət heç də yalnız Pavlik Morozovun qan bacısı Selcan Qəhrəmanlıdan getmir. Ailəvi imtina problemilə güruh və onun müxtəlif fərdləri, vitse-liderləri ilk dəfə qarşılaşmır. Ailə göyərtəsindən bayıra atılmaq bu düşərgənin cari qayğılarındandır: Sevinc Osmanqızının ailəsi ondan imtina etdi, Rüfət Eldaroğlu Səfərovun, Orduxan və başqalarının ailələri də imtinalarını afişalandırdılar. Son hadisənin unikallığı ondadır ki, Selcan Qəhrəmanlı atasından imtina prosedurunu qaragüruhun əsas siyasi-mənəvi hədəflərinin dayaqlarını dağıtmaqla həyata keçirir. Və bu ilk belə haldır ki, qaragüruhbaşılar belə seçimi hakimiyyətlə bağlamağa cürət etmədilər.

Siyasi mənəvi deqradasiyanın son həddi idi bu. Bunların qurmaq istədiyi dövlətin maketi olan ailə gələcək faciə filminin anonsu idi. Həm də onların keçmişinin qısa formatda xatırlanması. Gələcək qiyafəsində. Bu adamların gələcəyi elə keçmişlərinin burnundan fırt edib düşüb. Bütün indi gördüklərimiz olduğu kimi görünüb və yaşanıb.

Beləliklə 1998-ci ilə qayıdırıq. Qarşımızda eyni qaragüruhçular, onların dövlət təkəri üçün amadə tutduğu mıx və müqavimət qüvvələri.

Çıxış edir Milli Təhlükəsizlik naziri Namiq Abbasov və Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev. 1998-ci il.

Tarix
2019.09.30 / 09:20
Müəllif
Mir Şahin
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla