Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2019


Ermənidən dəhşətli yalan: Boğduğu Batuxan deyilmiş - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanın, Azərbaycanda Mübariz İbrahimov kimdirsə, hazırda Ermənistanda Rafael Abrahamyan da o cür xalq qəhrəmanı elan edilib.

Publika.az xəbər verir ki, bu sözləri türkiyəli qəfəs döyüşçüsü Batuxan Akduman deyib.

3 dəfə dünya çempionu olan Batuxan bir neçə gün öncə ermənistanlı döyüşçü Rafael Abrahamyanın onu boğmağa çalışdığı görüntülər haqqında danışıb:

“Sosial mediada yalan-yanlış xəbərlər verilir. Mən olayı dünən səhər Rusiyadan olan idmançı dostlarımdan gələn mesajla öyrəndim. Bazar günü gecə “Rafael Abrahamyan türk döyüşçü Batuxan Akdumanı faciəvi şəkildə döydü” deyə bir video paylaşıb. Mən bu xəbəri eşidən kimi Rusiya vasitəsilə hərəkətə keçdim və Rusiya Full Kontakt Döyüş İdmanları Federasiyası prezidenti Sergey Ermakov ilə danışdım. Onun vasitəsilə Rafaeli tapdım. Matçdan əvvəl reklam bilgilərində döyülən idmançının adının Batuxan Akduman olduğunu görəndə əvvəlcə ad bənzərliyi olduğunu sandım. Samara şəhəri təşkilati üzrə təmsilçi vasitəsilə döyülən idmançının məşqçisi ilə əlaqə saxladım. Ondan idmançının pasportunu istədim. 8 saat sonra üzərində dəyişikliklər edilmiş pasportun üzünü göndərdilər. Pasportda U24TUR kodu vardı. Bu yanlış xəbərlə bağlı müraciət etdiyim Respublika Baş Prokurorluğunda bu kodun Türkmənistana aid olduğunu öyrəndim. Yəni mənim adımdan, karyeramdan istifadə edərək, 20 yaşlı türkmənistanlı idmançını Rafael ilə döyüşdürüblər. Sonra Rafaellə əlaqə saxladım və etdiyinin tərbiyəsizlik olduğunu, adımdan istifadə etdiyini və 2 ay müddətində qarşıma çıxmayacağı halda onu dünyada biabır edəcəyimi söylədim.

O, 65 kq-da döyüşür, mənim 71 kq çəkim var. Heç vaxt 70 kq-dan aşağı çəkili idmançı ilə döyüşməmişəm. Mənim 3 dünya çempionluğum, 1 dünya ikinciliyim, 3 dünya üçüncülüyüm var. Bunlar ölkəmdə xəbərə çevrilmədi, amma yemədiyim zərbəni xəbər etdilər. Bu, məni paramparça etdi. Rafael də təklifimə əvvəlcə kilo fərqi olduğu üçün razılaşmadı. Buna görə 67 kiloya düşəcəyimi və mənimlə döyüşəcəyini söylədim.

Ona “istəyirsənsə, mən Ermənistana gəlim” təklifini verdim. Əvvəlcə Rusiyanın Samara şəhərinin daha uyğun olacağını və 2 ay içində döyüşü qəbul etdiyini dedi. Mən də 20 nəfərlik komandamla Ermənistana gedəcəyimi, 15 dekabrda qarşımda olmasını və vizada problem çıxarmamaları üçün lazımi əlaqəni qurub həll etməsini dedim.

Mən beyin qanaması keçirən rəqibimi Antalyada öz maşınımla xəstəxanaya aparan, başında bir gecə gözləyən idmançıyam. Amma hər kəs bunu bilsin, ona ikinci raundu göstərməyəcəm. Onun boyu 1,70, mənimki 1,75 və matçlarını izlədim. Güləş əsilli olduğu bəllidir. Güclüdür, amma təpiyi də, yumruğu da sağlam deyil.

Bu video yayımlandıqdan sonra sosial mediada həyatımda eşitmədiyim söyüşləri eşitdim. Rafael həqiqətən də əxlaqsız davrandı. Anama zəng edib “başın sağ olsun” deyənlər belə oldu”.

Tarix
2019.10.08 / 15:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident islahatlar üçün bunu istəyir - Ekspert

Ərdoğan-Pens razılaşması işləməyəcək - İsti şərh

Minsk Qrupundan regiona səfərlə bağlı - Bəyanat

İqtidarda islahatlara mane olanlar kimlərdir? - Deputat

Prezident hansı qurumların işindən razıdır? - Siyahı

TŞ-yə sədrlik Bakıya keçdi: Prezident hədəfləri açıqladı

Prezidentdən şok xəbərdarlıq: İqtidarda olan bəziləri...

Nur-Sultan Türkiyəni gizli dəstəkləyəcək – Qazax ekspert

Prezident: Bu mübarizə bizi qane edə bilməz

Nazarbayevin ordenini hazırlayan azərbaycanlı - Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla