Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2020


Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanrı türk əsgərini qorusun, ümid edirəm ki, Türkiyə bu bataqlığa tam batmayacaq.

Axar.az xəbər bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, illərlə qurudulması çətin olacaq bataqlıq Türkiyəni zəiflədə, iqtisadiyyatına böyük zərbə ola bilər:

“Türkiyə ordusu güclüdür, açıq hərbi savaşda istənilən “kürd” birləşmələrini darmadağın edə bilər. Amma bölgədə hibrid müharibə gedir, bir müddət sonra partizan müharibəsinə də dönə bilər. Türk əsgəri səhərin işığında adi kəndli, qaranlıq düşən kimi isə silahlı başkəsənə çevrilən düşmənlə üzbəüz qalacaq. Türkiyə Suriyada SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Sayqonda rast gəldiyi müharibə tipi ilə qarşılaşa bilər”.

Ekspert bildirib ki, bu müharibə Türkiyənin iqtisadiyyatına ciddi zərbələr vuracaq, çünki qardaş ölkənin iqtisadiyyatı uzun hərbi əməliyyatlara hazır deyil. “Əgər Tramp bir tvitlə lirəni 2,5 faiz dəyərdən sala bilirsə, birja günə 3 faiz dəyər itirirsə, deməli, qardaş ölkənin iqtisadiyyatı arzulanan səviyyədə deyil”, - N.Cəfərli deyib.

Ekspertin sözlərinə görə, savaşı Türkiyə təkbaşına aparır, ancaq bəhrə götürmək istəyənlər var:

“Həm Rusiya və İran, həm də ABŞ öz maraqlarına görə Türkiyənin bataqlıqda daha dərin batmasını istəyir və bu ölkələrin heç birinin marağı Türkiyənin marağı ilə üst-üstə düşmür. Tam tərsinə, hər bir ölkə Türkiyənin əli ilə öz problemlərini həll etmək istəyir. Rusiya Türkiyənin əli ilə ABŞ-ı Suriyadan çıxardaraq, Əsədə müxalif kürdləri məhv etmək istəyir. ABŞ isə Ankaranın vasitəsilə Rusiya və İranı orada zəiflətmək, kürdləri isə ayaqda saxlamağı hədəfləyir. İran bu məslədə Rusiya ilə eyni hədəflərə çatmaq niyyətindədir, amma əsas hədəfi İran-İraq-Suriya-Livan şiə xəttinin işlək olmasıdır”.

İqtisadçı ekspertin sözlərinə görə, Türkiyənin müdaxiləsindən ən çox Əsəd qazanır:

“Dünənə qədər “Qatil Əsəd” deyilən zat indi Türkiyənin dəstəyi ilə ölkənin tamamına hakim olmaq istəyir. Siyasətçilərin vaxtilə buraxdığı səhvləri indi mehmetçik düzəltməyə çalışır”.

Tarix
2019.10.09 / 23:54
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Ağar: Rusiya və Türkiyə savaşın bir addımlığındadır

Ərdoğan nə istədiyini dedi, Putin də açıq şəkildə... - Ağar

Azərbaycan əsl tolerantlıq nümunəsidir - Roma Papası

İlham Əliyevin İtaliya səfəri başa çatdı - Foto

Almaniyada faşizm sürətlə yayılır – Səbəbləri...

İlham Əliyev Sikstin Kapellası və Pyotr Kilsəsində - Foto

Səudiyyə Azərbaycana 60 min kq qurban əti göndərdi - Foto

Əliyevdən kardinala: İrəvan destruktiv siyasət yürüdür

Papanın Bakı səfəri mühüm əhəmiyyət kəsb edir - Prezident

Həbs edilən icra başçısı ilə bağlı şok: nələri varmış... - Siyahı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla