Yuxarı

Nazarbayevin ordenini hazırlayan azərbaycanlı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayevin ordenini hazırlayan azərbaycanlı - Video

Prezident İlham Əliyev tərəfindən Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim olunan "Türk Dünyasının Ali Ordeni"ni dizayner Adəm Yunisov ərsəyə gətirib.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, hazırda Türkiyədə yaşayan Adəm Yunisov bildirib ki, ''Türk Dünyası Ali ordeni" səkkizqat qızıl və brilyantlardan tərtib olunub. Bütünlükdə ağ və sarı qızıldan ibarət olan ordenin hazırlanmasında 6 ədəd 0.1 karat və 18 ədəd 0.015 karat olmaqla, cəmi 24 ədəd brilyantdan istifadə edilib. İri brilyant qaşlar ətrafında yerləşdirilən 18 ədəd kiçik brilyant qaş türk dünyasının ətrafa saçdığı şəfəqlər kimi təsvir edilib.

Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ətrafında böyük bir dairə şəklində birləşən, 6 türk dövlətini təmsil edən 6 güşəli ulduz formasında dizayn edilib. Hər bir dövləti təmsil edən ulduzun üzərindəki brilyant qaş həmin dövlətin zəngin mədəni keçmişini və parlaq gələcəyini əks etdirir. Orden bütünlükdə iç-içə keçən səkkizqat qızıldan ibarətdir. Üzərindəki 4 ədəd qızıl hissələr və digər qızıl bağlar olmaqla, ümumilikdə 400 qram qızıldan istifadə olunub.

Ordenin mərkəzi hissəsində yerləşən 6 güşəli ulduz türk dünyasının gücünü təmsil edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ordenin mərkəzi hissəsində əks olunub və bütünlükdə əl işi mina ilə boyanıb.

Qeyd edək ki, Adəm Yunisov bundan başqa Bakı-2015 l Avropa Oyunları və Türkiyə Cümhuriyyətinin 100 illiyi loqosunu da hazırlamışdı.

Tarix
2019.10.17 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla