Yuxarı

Bu, çox böyük hadisədir - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq neçə vaxtdır ki, Ağdaş şəhərinə içməli suyun verilməsi təmin edilibdir. Bu gün isə bu gözəl layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da çox böyük hadisədir.

Axar.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Ağdaşda içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi ilə bağlı keçirilən mərasimdə bildirib.

"Həm içməli su, həm kanalizasiya layihəsi tam başa çatıb və şəhər əhalisi 24 saat ərzində təmiz içməli su ilə təmin olunur. Bu suyun keyfiyyəti də Dünya Səhiyyə Təşkilatının bütün standartlarına cavab verir. Ona görə bu gözəl hadisəni biz birlikdə qeyd edirik.

Onu da bildirməliyəm ki, bu gün Qəbələ şəhərinin də içməli su layihəsi artıq icra edildi, açılışı oldu. Ancaq Qəbələ şəhərində 15 min əhali varsa, Ağdaş şəhərində bu, 35 mindir. Ona görə də burada gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın. Buna görə “Azərsu”ya da göstəriş verildi ki, bu layihə təqribən gələcək 20-30 ili də ehtiva etsin ki, artan əhali bu imkandan istifadə edə bilsin.

Bildiyiniz kimi, içməli su insan orqanizmi üçün ən vacib amildir. İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömrünün uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq “Azərsu”ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həlini tapsın.

Eyni zamanda, insan sağlamlığı üçün digər vacib amil keyfiyyətli qidadır. Bu məsələyə də diqqət yetirilir, Qida Təhlükəsizliyi Agentliyi yaradılıbdır. Agentlik həm idxala, həm də yerli istehsala nəzarət edir. Ekoloji vəziyyət çox böyük əhəmiyyət daşıyır, bu sahədə də yaxşı nəticələr var", - Prezident İ.Əliyev qeyd edib.

Tarix
2019.10.29 / 00:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun adamları Bakıda istintaqa cəlb olundu - Faktlar

Türkiyə bu qitədə güclənir: Xaricdəki ən böyük bazası…

Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq

Ceyhun Bayramov BMT baş katibi ilə görüşdü

Ermənilər qəbirlərimizi belə təhqir edir - Video

Ermənilər “əlaqə” axtarır: Niyə İsrail 27-də hücum etdi?

İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!

AB Bakını şərləyir: Ermənistandakı hərbi planları...

Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla