Yuxarı

Dünya milyarderləri Bakıya gəlir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya milyarderləri Bakıya gəlir? - Ekspert

Son zamanlar dünyada kosmik resursların bölüşdürülməsinə diqqət kəskin artıb. Elon Musk və Ceff Bezons kimi nəhənglər də bu sahəyə milyardlarla yatırımlar edirlər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O, 2022-ci ildə Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin ciddi hadisə olduğunu bildirib:

“Əvvəllər Beynəlxalq Astronavtika Federasiyasına kosmik ölkələr və elmi-tədqiqat yönümlü qurumlar qəbul edilirdisə, indi burada kosmik biznesin çəkisi artmaqdadır. Artıq adı çəkilən şəxslər də bu konqresin işində aktiv iştirak etməyə başlayıblar.

Azərbaycandan 3 qurum, Azərkosmos, Şamaxı Rəsədxanası və Milli Aerokosmik Agentliyi Federasiyanın üzvüdür. Beləliklə, 2 ildən sonra ölkəmizə 70-dək ölkədən dünyanın 5-6 min nəfərlik kosmos ailəsinin üzvləri gələcək.

“SpaceX” şirkətinin CEO-u Elon Musk və “Amazon” şirkətinin təsisçisi və CEO-su , “Blue Origin”in rəhbəri , dünyanın ən zəngin insanı Ceff Bezos da Bakda keçiriləcək Astronavtika Konqresinə qatılacağını gözləmək olar”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərkosmos”un rəhbəri Rəşad Əliyevi qəbul edib.

Tarix
2019.10.30 / 08:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla