Yuxarı

Bu qətnamə ilə Ərdoğan deyil, Tramp cəzalandırıldı - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Konqresi həm Türkiyə, həm də Azərbaycanla münasibətlərə zərər vurur.

Axar.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarına münasibətində deyib.

Politoloq ABŞ-in Türkiyənin PKK-ya qarşı başladığı hərbi əməliyyat və Rusiya ilə anlaşma imzalamasından narahat olduğu üçün erməni lobbisi ilə birləşdiyini qeyd edib:

"Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası gözlənilmədən "erməni soyqırımını” tanıyan qətnamə qəbul etdi. Bu gözlənilməz idi. Çünki adətən "erməni soyqırımı” ilə bağlı məsələlər barədə əvvəlcədən məlumat verilir. Bu dəfə isə belə olmadı.

Aydındır ki, Konqresin Nümayəndələr Palatası Türkiyənin bölgədə fəal rolundan narahatdır. Türkiyənin Suriyada terrorçu PKK təşkilatının uzantılarına qarşı başlatdığı hərbi əməliyyat və Rusiya ilə anlaşma imzalaması Amerikadakı siyasi dairələri narahat etdi. Ona görə də konqresmenlər Amerikadakı erməni lobbisi ilə birləşərək Türkiyə əleyhinə qətnamə qəbul etdilər.

Bu qətnamə yalnız Türkiyə və bu ölkənin Prezidenti Rəcəb Təyyub Ərdoğanın əleyhinə deyil. Konqres bu qətnamə ilə həm də Prezident Donald Trampı cəzalandırdı. Tramp Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır. Tramp Ərdoğanı noyabr ayında Vaşinqtona rəsmi səfərə dəvət edib. Ancaq Nümayəndələr Palatasının qərarından sonra Ərdoğanın Amerikaya səfəri sual altında qaldı.

Türkiyəyə və Ərdoğana qarşı yalnız demokratlar çıxış etmirlər. Türkiyə və Ərdoğana qarşı siyasətdə demokratlara respublikaçıların bir qismi də dəstək verir. Məsələn, qətnamənin lehinə 405 nəfər səs verib, əleyhinə cəmi 11 nəfər olub. Bu isə o deməkdir ki, demokratlar Türkiyəyə qarşı respublikaçılarla birgə hərəkət ediblər.

Senat respublikaçıların nəzarətindədir. Mümkündür ki, Donald Tramp Senata müraciət etsin ki, Nümayəndələr Palatasının qəbul etdiyi "qətnamə” təsdiq edilməsin. Ancaq əgər Nümayəndələr Palatasındakı respublikaçıların böyük əksəriyyəti "erməni soyqırımı” qətnaməsini qəbul ediblərsə, Senat Trampın çağırışını eşitməyə də bilər.

Amerikada yəhudi lobbisi erməni lobbisindən güclüdür. Keçmiş illər olsaydı, yəhudi lobbisi Türkiyə əleyhinə olan qətnamənin qəbuluna imkan verməzdi. Ancaq son illər Türkiyə ilə İsrail arasındakı münasibətlər gərginləşib. Ona görə də Türkiyə Amerikadakı yəhudi lobbisinin dəstəyini itirib və yəhudi lobbisi erməni lobbisinin Türkiyə əleyhinə fəaliyyətinə mane olmur, bəzi hallarda isə dəstək verir.

Nə vaxtsa Senat da "erməni qətnaməsini” təsdiq edəcək və hansısa demokrat prezident Türkiyənin əleyhinə həmin "qətnamə"yə imzasını atacaq. Bundan Türkiyə uduzmayacaq, uduzan Amerika olacaq. Amerika onsuz da Avrasiyanın əsas dövlətlərindən birini – keçmiş müttəfiqi Türkiyəni sürətlə itirir. Bu gedişlə Türkiyə Rusiya və Çinə daha çox yaxınlaşacaq. Amerika Türkiyəyə raket satmır, Türkiyə raketi Rusiyadan alır, Amerika Türkiyə ilə imzaladığı anlaşmanın əleyhinə olaraq hərbi təyyarələri satmaq istəmir, Türkiyə oxşar təyyarələri yenə ya Rusiyadan alacaq, ya da bir neçə il sonra özü istehsal edəcək.

Bu azmış kimi ermənpərəst Konqresə erməni separatçılarının "xarici işlər naziri” də dəvət olunub. Əlbəttə, Türkiyədən fərqli olaraq Azərbaycanın Birləşmiş Ştatlarla münasibətləri soyuq deyil. Ancaq bu gedişlə Amerika Konrqesi Azərbaycanı da alternativ yollara baş vurmağa məcbur edəcək. Amerika Konqresi dünyanın yeganə parlamentidir ki, Dağlıq Qarabağ separatçılarına hər il maliyyə yardımı ayırır".

Tarix
2019.10.30 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla