Yuxarı

ABŞ Türkiyəyə qarşı qərəzini açıq elan etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Türkiyəyə qarşı qərəzini açıq elan etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı haqqında qətnamə qəbul etməsi beynəlxalq hüquq normalarına ziddir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımını tanıması haqqında qərarından danışarkən deyib. O bildirib ki, tarixçilərin araşdırıb qərar verəcəyi məsələyə ABŞ Konqresində bir neçə dəqiqəyə qərar verilməsi ədalətsizlik və siyasi mahiyyətlidir:

“ABŞ Konqresinin bu qərarı kəskin şəkildə pislənməli və tənqid edilməlidir. Bu, açıq şəkildə siyasi qərəzdən doğan mövqedir, tarixə heç bir aidiyyəti yoxdur. Çünki olmayan soyqırım haqqında qərar qəbul etməyin başqa açıqlaması ola bilməz”.

Politoloq deyib ki, ABŞ bu qərarı qəbul etməklə Türkiyəyə qarşı qərəzli mövqeyini ortaya qoydu:

“296 saylı qətnamədə “1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin məruz qaldıqları soyqırımın inkarının tanınmaması, ABŞ hökuməti tərəfindən erməni soyqırımının rəsmən tanınması, belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısının alınması üçün tanınmanın vacibliyi” vurğulanır. Təbii ki, bütün bunlar sadəcə, söz yığınıdır. Məqsəd tanınma prosesindən sonra ermənilərin Türkiyəyə qarşı təzminat və ərazi iddialarını qanuniləşdirməkdir. Tarixə nəzər salsaq, görərik ki, ermənilər ən böyük soyqırımı vaxtilə türklərə qarşı dəfələrlə törədiblər. Amma bu günə qədər bununla bağlı heç bir qətnamə qəbul etməyən ABŞ Konqresində indi olmayan soyqırım haqqında qətnamə qəbul edilir. Hesab edirəm ki, bu qərar bir daha ABŞ-ın Türkiyəyə qarşı qərəzini ortaya qoymaqla, qardaş ölkəyə qarşı aqressiyasının daha açıq səviyyədə təzahürüdür”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıyıb. Demokratların hakim olduqları Nümayəndələr Palatasına təklif edilən layihənin lehinə 405 səs verilib. Əleyhinə cəmi 11 səs olub. Bu qərarda 1915-1923-cü illər ərzində baş verən hadisələrin “soyqırım” kimi qəbul edilməsi və belə anılması istənilir.

Tarix
2019.10.31 / 09:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla