Yuxarı

ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın Vaşinqtona səfəri ilə əlaqədar oktyabrın 30-da ABŞ-ın “The Columbus Dispatch” qəzetində Azərbaycan icmasının üzvü Xəyyam Fərəcovun etiraz müraciəti dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb. Ermənistanın vassal dövlət olduğunun diqqətə çatdırıldığı müraciətdə qeyd edilib ki, Qarabağ müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı dəhşətli hərbi cinayətlər törədiblər.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan və özünü qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Ermənistanın və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirməyi planlaşdırır. Bununla əlaqədar ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatların qanunvericilərini və yerli mətbuat qurumlarını Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniyaya start veriblər. “The Columbus Dispatch” qəzetindəki müraciət də bu kampaniya çərçivəsində dərc olunub.

Tarix
2019.10.31 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla