Yuxarı

Ermənistan absurd ölkəsinə çevrilir - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan absurd ölkəsinə çevrilir - Kuznetsov

Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir.

Bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov İrəvanda Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş sərgi açılışını şərh edərkən deyib.

Analitik bildirib ki, bu sərgi Rusiya və Ermənistan KİV-ləri tərəfindən qələbənin yubileyinin MDB çərçivəsində qeyd olunmasına ölkələrin birgə hazırlığı kimi qələmə verilir:

“Amma bununla belə, İrəvanın mərkəzində nasist kollaborasionisti və cinayətkar Qaregin Njdeyə heykəl qoyulub, onun adına meydan, küçə və metro stansiyası var. Nəticədə sürreal mənzərə yaranır, bir tərəfdən nasizm üzərində qələbə təbliğ olunur, digər tərəfdən isə nasizm qəhrəmanlaşdırılır. Onların bu ikiüzlülüyü artıq çoxdan dövlət siyasəti səviyyəsinə yüksəldilmiş normaya çevrilib. Fikrimcə, rəsmi İrəvandan nasist əlaltısı Njdeyə ölkə ərazisində qoyulmuş üç heykəli qeyd-şərtsiz uçurmasını tələb etmək lazımdır”.

Politoloq əlavə edib ki, sərgi yarım il fəaliyyət göstərib bağlanacaq, amma Njdenin heykəlləri dayanmaqda davam edəcək.

Tarix
2019.11.11 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla