Yuxarı

Naxçıvanda hərbi təlim başa çatdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda hərbi təlim başa çatdı - Video

Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi plana uyğun olaraq başa çatıb.

Axar.az xəbər verir ki, təlimin üçüncü mərhələsində qəbul edilmiş qərara əsasən praktiki fəaliyyətlərə cəlb edilmiş birinci eşelon bölmələri məhdud görmə şəraitində şərti düşmənin hücumunu dəf edib, artilleriya və aviasiya bölmələrinin atəşi ilə maksimum zərbə endirərək taktiki qrupun hücuma keçməsi üçün əlverişli şərait yaradıb.

Gecənin qaranlığında tank, piyada, mühəndis-istehkam, hava hücumundan müdafiə və tankəleyhinə bölmələr tərkibindən yaradılmış tabor taktiki qrupları ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə hücuma keçərək müdafiəyə soxulmuş düşməni məhv ediblər.

Havanın işıqlanması ilə ehtiyatda olan bir neçə tabor və bölük taktiki qrupları döyüşə salınaraq raket-artilleriya və aviasiya bölmələrinin atəş dəstəyi ilə hücumu dərinliyə doğru inkişaf etdirib, itirilmiş vəziyyəti əlverişli hədlər üzrə bərpa ediblər.

Təlimin yekunu keçirilən zaman bildirilib ki, yaranmış vəziyyəti düzgün qiymətləndirən qərargahlar müasir döyüşün planlaşdırılması, aparılması və idarə edilməsində müsbət nəticələr göstərib, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr gündüz və gecə şəraitində tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.

Tarix
2019.11.16 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

MHP-dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla